Icma.az
close
up
RU
Mühüm nəşrlər Dövlət mükafatı üçün təqdimat mərhələsində

Mühüm nəşrlər Dövlət mükafatı üçün təqdimat mərhələsində

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 28 aprel, AZƏRTAC

Tarix üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist, “İRS” jurnalının baş redaktoru Musa Mərcanlının rəhbərliyi ilə nəşr olunan və Azərbaycan mədəniyyətinin təbliğinə həsr edilən əsərlərin 2026-cı il Dövlət mükafatına təqdim olunması ilə bağlı aprelin 28-də Azərbaycan Mətbuat Şurasında müzakirə keçirilib.

AZƏRTAC xəbər verir ki, müzakirəyə təqdim olunan “Azərbaycan. Yeni Era”, “Tükənməz xəzinə”, “Şirvanşahların minilliyi”, “Dirçəliş. Başlanğıc”, “Daşları toplamaq vaxtıdır”, “Qarabağ: yeni sətirdən” və “Şuşa. Zirvədən uca” kitabları milli-mədəni irsin, tarixi yaddaşın və müasir inkişaf mərhələsinin müxtəlif aspektlərini əhatə edir.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, təqdim olunan nəşrlər yalnız publisistik baxımdan deyil, həm də milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu vurğulayıb ki, bu əsərlər müasir jurnalistikanın tələblərinə uyğun olaraq hazırlanıb və faktoloji zənginliyi ilə seçilir. O qeyd edib ki, kitablar həm elmi, həm də publisistik baxımdan dəyərli mənbədir.

Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib ki, nəşrlər Azərbaycanın dövlətçilik tarixini, xüsusilə də müharibədən sonrakı dövrün reallıqlarını əks etdirən mühüm sənədlər kimi qiymətləndirilməlidir.

Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, professoru Cahangir Məmmədli qeyd edib ki, təqdim olunan kitablar milli mətbuat tarixinin davamlılığını və inkişafını göstərən mühüm nümunələrdir. Onun fikrincə, bu nəşrlər gələcək tədqiqatlar üçün də ciddi mənbə rolunu oynayacaq.

Azərbaycan Mətbuat Şurasının üzvü, filologiya elmlər doktoru, professor Qulu Məhərrəmli deyib ki, bu əsərlər dil, üslub və məzmun baxımından yüksək səviyyədə hazırlanıb və oxucuda milli kimlik hissini gücləndirir.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Umud Mirzəyev bildirib ki, təqdim olunan kitablar bir-birini tamamlayan vahid konsepsiyanın tərkib hissəsidir. Onun sözlərinə görə, bu nəşrlər birlikdə Azərbaycanın keçmişini, bu gününü və gələcəyini əhatə edən dolğun mənzərə yaradır.

“İRS” jurnalının baş redaktoru Musa Mərcanlı diqqətə çatdırıb ki, 2026-cı il Dövlət mükafatına təqdim olunan bu nəşrlər geniş tədqiqatlara, etibarlı mənbələrə və sistemli yanaşmaya əsaslanır. Məqsədimiz Azərbaycanın tarixi, mədəni irsi və müasir inkişaf mərhələsini vahid konsepsiya çərçivəsində təqdim etmək olub. Bu əsərlərdə həm milli yaddaş, həm də bugünkü reallıqlar öz əksini tapır. Hesab edirik ki, bu nəşrlər elmi və ictimai əhəmiyyətinə görə yüksək qiymətə layiqdir.

Tədbirdə Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət, “Baku Network” analitik mərkəzinin rəhbəri Elçin Ağacanov, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yadigar Məmmədli və digərləri çıxış edənlər təqdim olunan nəşrlərin Azərbaycan həqiqətlərinin təbliği, milli-mədəni irsin qorunması və beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Müxbir - Gülay Nəzərova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Aprel 2026 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri