Icma.az
close
up
RU
Milli təhlükəsizliklə bağlı mühüm plan Bu, dövlət üçün prioritetdir

Milli təhlükəsizliklə bağlı mühüm plan Bu, dövlət üçün prioritetdir

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Müasir dünyada dövlətlərin təhlükəsizliyi yalnız hərbi və iqtisadi gücə əsaslanmır. Bu istiqamətdə əsas amillərdən biri də vətəndaşların, xüsusilə uşaq və gənclərin fiziki və mənəvi sağlamlığının qorunması məsələsidir. Azərbaycan kimi strateji və mürəkkəb geosiyasi mühitdə yerləşən ölkələr üçün bu, milli təhlükəsizliyin və davamlı inkişafın təməl daşıdır. Uşaq və gənclərin inkişafı olmadan ölkənin gələcəyi, onun dövlətçilik ənənələri, milli kimliyi və beynəlxalq mövqeyi təhdid altında qalır. Ona görə də, bu istiqamət dövlətin siyasətində prioritet təşkil edir. 

Fiziki inkişaf sağlamlığın, gücün, dözümlülüyün və dinamik həyat tərzinin təminatıdır. Sağlam bədən sağlam ruhun əsas şərtidir. Azərbaycan gəncliyinin fiziki inkişafı üçün idman infrastrukturu müasir standartlara uyğunlaşdırılır, məktəb və universitetlərdə səhiyyə və psixoloji dəstək xidmətləri gücləndirililir. Xüsusən geniş əhali kütləsinin bu xidmətlərdən bərabər şəkildə yararlanması üçün ardıcıl işlər görülür. Məsələn, son illərdə kəndlərdə və ucqar bölgələrdə sağlamlıq səviyyəsinin yüksəldilməsi üçün müxtəlif təşəbbüslər həyata keçirilir. Fiziki sağlamlıq problemləri ölkənin insan potensialına, məhsuldarlığına mənfi təsir göstərir və iqtisadi inkişafı ləngidir. Buna görə də, sağlam həyat tərzinin təbliği, idman və tibbi proqramların genişləndirilməsi strateji əhəmiyyət daşıyır.

Mənəvi inkişaf isə milli kimliyin, vətənpərvərlik ruhunun və əxlaqi dəyərlərin qorunub saxlanması ilə bağlıdır. Azərbaycanda gənclərin mənəvi inkişafı məsələsi həm də ideoloji təhlükəsizlik kontekstində aktuallaşır. Bu gün dünya informasiya məkanında radikal ideologiyalar, dezinformasiya və qərəzli yanaşmalarla müxtəlif qüvvələr gəncləri öz təsirləri altına almağa çalışırlar. Sosial şəbəkələrdən istifadənin artması fonunda gənclərin ideoloji boşluqda qalması, onların kimlik böhranı və yönəlmə problemi daha da dərinləşir. Azərbaycan üçün bu, milli təhlükəsizlik üçün ciddi risklərdən biridir.

O səbəbdən dövlətin informasiya təhlükəsizliyi sahəsində güclü siyasət yürütməsi zəruridir. Gənclərin düzgün və obyektiv məlumatlandırılması, informasiya müharibəsinə qarşı mübarizə və rəqəmsal savadlılığın artırılması prioritetlərdəndir. Eyni zamanda, təhsil sistemində milli və ümumbəşəri dəyərlərin inteqrasiyası, həmçinin müasir tədris metodlarının tətbiqi gənclərin həm köklərinə bağlı, həm də açıq dünyagörüşünə malik vətəndaşlar kimi yetişdirilməsi üçün vacibdir.

Mədəniyyət və incəsənət də mənəvi inkişafın ayrılmaz hissəsidir. Dövlət tərəfindən mədəni irsin qorunması və inkişafı, gənclərin yaradıcılıq imkanlarının genişləndirilməsi, onların milli tarixə və ənənələrə bağlılığının artırılması sosial, həmrəyliyin möhkəmləndirilməsi istiqamətində də mühüm işlər görülür. Həmçinin, gənclərin ictimai-siyasi həyatda aktiv iştirakı, onların potensiallarını reallaşdırması üçün geniş platformaların yaradılması vacibdir. Bu, eyni zamanda, siyasi stabilliyin qorunmasına, sosial dinamikanın sağlam formalaşmasına şərait yaradır.

Azərbaycanın dövlət siyasətində uşaq və gənclərin inkişafı kompleks şəkildə təmin edilir. Bu sahədə fəaliyyət göstərən bütün qurumların iş prinsipi vahid strategiya ətrafında cəmləşdirilir. Aydın məsələdir ki, sağlam və mənəvi cəhətdən möhkəm gənclik olmadan ölkənin gələcəkdə regional və qlobal arenada mövqeyini qoruması və möhkəmləndirməsi mümkün deyil. Gənclərin inkişafı dövlətin uzunmüddətli tərəqqi planlarının ayrılmaz hissəsidir.

Dövlətimiz hazırda şəhər və kənd yerlərində yaşayan bütün gənclərin bərabər inkişaf imkanlarına malik olması üçün işlər görür. Sosial ədalətin təminatı, əlçatan təhsil və səhiyyə, idman və mədəniyyət imkanlarının artırılması, xüsusilə sosial təminatı aşağıolan qrupların bu prosesə cəlb edilməsinə çalışılır. Dövlət həmçinin gənclərin innovasiya və texnologiya sahəsində inkişafını dəstəkləyir, onların beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artıracaq proqramlar icra edir.

Nəticə olaraq, uşaq və gənclərin fiziki və mənəvi inkişafı Azərbaycanın milli təhlükəsizliyinin və davamlı inkişafının strateji amilidir. Sevindirici haldır ki, dövlətin siyasi iradəsi bu sahəyə yönəlib. Bu istiqamətdə kompleks və səmərəli proqramlar da həyata keçirilməlidir. Azərbaycanın gələcəyi sağlam, dəyərli və vətənpərvər gənclərin əlindədir. Bu isə güclü, davamlı və müasir dövlət quruculuğunun təməlidir.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı


Turan Rzayev
Globalinfo.az
–ın siyasət yazarı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 May 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri