Mühüm postlara təyinatlar baş tutub DETALLAR FOTO
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Müdafiə Nazirliyi sistemində uzun müddətdir gözlənilən struktur və kadr islahatlarının ilk mərhələsinə start verildiyi bildirilir.
Avtosfer.az xəbər verir ki, həyata keçirilən dəyişikliklər çərçivəsində bir sıra rəhbər vəzifələrə yeni təyinatlar reallaşdırılıb.Belə ki, islahatlar çərçivəsində Telman Hüseynov, Etibar Məhərrəmov və Azər Heybətliyə, o cümlədən, Azər Əliyevə yeni vəzifələr həvalə edilib.
Bildirilir ki, bu təyinatlar Müdafiə Nazirliyi sistemində idarəetmənin daha səmərəli təşkili, komanda-idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və strukturun optimallaşdırılması istiqamətində aparılan dəyişikliklərin tərkib hissəsidir.
Mənbələrin bildirdiyinə görə, islahatların bununla yekunlaşmayacağı, yaxın vaxtlarda digər struktur bölmələrini də əhatə edəcəyi gözlənilir.
Dəyişikliklərin əsas məqsədinin döyüş hazırlığının artırılması, qərarvermə prosesinin sürətləndirilməsi, kadr potensialının daha səmərəli istifadəsi və müasir hərbi idarəetmə prinsiplərinin tətbiqi olduğu qeyd edilir.
Son illərdə Azərbaycan Ordusunda aparılan modernləşmə prosesi yeni mərhələyə qədəm qoyur. İdarəetmə sisteminin yenilənməsi, peşəkar kadrların irəli çəkilməsi və strukturun müasir çağırışlara uyğunlaşdırılması Silahlı Qüvvələrin inkişaf strategiyasının mühüm istiqamətlərindən hesab olunur.
Qeyd edək ki, islahatların növbəti mərhələsində əlavə kadr dəyişikliklərinin və yeni struktur qərarlarının qəbul ediləcəyi də istisna olunmur./Bakıvaxtı.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 13 İyul 2026 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















