Murat Dikmen Naxçıvan la vidalaşıb
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Hər son bir başlanğıcdır. İki il əvvəl başladığımız hekayənin sonuna gəldik".
İdman.biz xəbər verir ki, bunu "Naxçıvan" basketbol komandasnın baş məşqçisi Murat Dikmen sosial şəbəkə hesabındakı paylaşımında yazıb.
Türkiyəli mütəxəssis klubla vidalaşdığını açıqlayıb: "Gəldiyim vaxt liqada yeni yaradılan bir klub olaraq 84% qələbə ilə müntəzəm mövsümü ikinci yerdə bitirdik, çempionatda və kubokda final oynadıq, avrokuboklarda iştirak haqqı əldə etdik. Yerli oyunçuların inkişafında rolumuz oldu. Azərbaycan Basketbol Liqasında hörmət edilən və izlənilməsi zövq verən bir komanda olduq. Əməyi keçən hər kəsə təşəkkür edirəm. Bundan sonra "Naxçıvan" klubuna uğurlar arzulayıram".
Qeyd edək ki, "Naxçıvan" Azərbaycan Basketbol Liqasında pley-offda "Abşeron"a uduzaraq, yarımfinaldan kənarda qalıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 04 May 2025 02:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















