Icma.az
close
up
RU
Müsbət tendesiya: Ölkənin turizmdən, qazandığı pul xərclədiyindən daha çox olub

Müsbət tendesiya: Ölkənin turizmdən, qazandığı pul xərclədiyindən daha çox olub

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 42,7 % artaraq 2,8 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir.

Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (1,6 milyard ABŞ dolları) idxalı (1,2 milyard ABŞ dolları) üstələməsi nəticəsində 400 milyon ABŞ dolları profisit yaranıb. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 18,9 % , Azərbaycana gələn xarici vətəndaşların sayı isə 29,1 % artıb.

Xarici ölkələrin Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərdiyi xidmətlərin dəyəri 1,2 milyard ABŞ dolları olub. Bunun 78,4 %-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

9 ayda qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin dəyəri 11,4 % azalaraq 25 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə 57,3 % artaraq 1,4 milyard ABŞ dolları olub.


Turizm eksperti Ceyhun Aşurov “Sherg.az”a bildirib ki, qarşılıqlı turizm xidmətləri dövriyyəsində idxal və ixrac əməliyyatları nəzərdə tutulur: 


“Yəni ölkəyə gələn turistlərdən alınan gəlirlər ixrac əməliyyatı sayılır. Bu 1.6 milyard dollara yaxın olub. Ölkədən gedənlərin xərclədiyi pullar isə idxal sayılır. Ölkədən apardıqları valyuta isə 1.2 milyard dollardır. Ümumi olaraq profisit 400 milyon dollar qiymətləndirir. Yəni ölkənin turizmdən, qazandığı pul xərclədiyindən daha çox olub və bu da müsbətdir. Çünki 2019-cu  ildə Azərbaycandan xarici səfərlərə gedən vətəndaş sayı 5.5 milyon təşkil edib. Ölkəyə gələnlərin sayı isə təxminən 3.2 milyondur. Bizdə hər zaman getmə turizmi gəlmədən daha çoxdur. Pandemiyadan sonra yaranmış vəziyyətlə əlaqədar olaraq ölkədən getmə bazarı daha zəif  bərpa olunur, nəinki ölkəyə gəlmə. Hazırda xaricdən ölkəyə təxminən iki milyona yaxın gələnlər varsa, bir o qədər də gedənlər var. Ümumiyyətlə 5.5 milyonun qarşılığında 2 milyona yaxın getmə turizmi çox azdır. Bizdə bu da profisitin yaranmasına səbəb olub. Azərbaycana xaricdən gələn vətəndaşlar, əlbəttə, qonşu ölkələrdəndir.  Rusiya, Türkiyə, İran, İsrail, hətta son dövrlər Hindistan, Pakistan, Orta Asiya ölkələri, Körfəz ölkələrinin sayında artımları görürük. Lakin gedilən ölkələrdə də ən çox məhz bu ölkələr üstünlük təşkil edir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Dekabr 2024 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see263

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see253

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see240

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see233

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see231

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see219

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see211

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see208

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see191

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see186

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see180

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see180

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see179

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see160

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see159

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see143

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri