Icma.az
close
up
RU
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsi: Tarixi Qələbə, Ermənistanın müharibə cinayətləri və həqiqətlərin dünyaya çatdırılması

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsi: Tarixi Qələbə, Ermənistanın müharibə cinayətləri və həqiqətlərin dünyaya çatdırılması

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsi: Tarixi Qələbə, Ermənistanın müharibə cinayətləri və həqiqətlərin dünyaya çatdırılması

XXI əsrin ən önəmli hadisələrindən biri – Azərbaycanın Müzəffər Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr – 10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən “Vətən Müharibəsi”dir. Bu müharibə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, Cənubi Qafqazda yeni siyasi reallıqlar yaratdı. Tarixi qələbə həm xalqımızın qəhrəmanlığının, həm də güclü liderliyin nəticəsi oldu.

30 ilə yaxın işğal altında qalan torpaqlarımızda Ermənistan qeyri-qanuni məskunlaşma, mədəni irsimizə qarşı vandallıq və ekoloji terror həyata keçirmişdi. Uzun illər beynəlxalq təşkilatların qətnamələrinə baxmayaraq, Ermənistan status-kvonu dəyişməmək siyasəti yürüdürdü. 2020-ci ilin payızında Ermənistanın təxribatları, hərbi-siyasi avantüraları Azərbaycanı məcbur etdi ki, öz suveren hüquqlarını güc yolu ilə bərpa etsin.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb.

O qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli əmri ilə başlayan əks-hücum əməliyyatları müasir hərb tarixində misilsiz nümunə kimi göstərilir. Azərbaycan Ordusu yüksək texnologiyalar, müasir taktika və əsgər-rəhbər, xalq-iqtidar birliyinin gücü ilə qısa müddətdə Ermənistan ordusunu darmadağın etdi.

“Ermənistanın müharibə cinayətləri və insanlıq əleyhinə əməlləri, 44 günlük müharibə dövründə Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozdu. Rəsmi İrəvan, Dinc şəhərləri raket atəşinə tutdu – Gəncə, Bərdə, Tərtər, Mingəçevir kimi yaşayış məntəqələrinə ballistik raketlər atıldı, yüzlərlə mülki şəxs həlak oldu.

Qadağan olunmuş silahlardan istifadə etdi – Kassetli bombalar və fosforlu sursatlarla hücumlar qeydə alındı.

Mədəni və dini abidələri hədəf aldı, Məscidlər, muzeylər, qəbiristanlıqlar dağıdıldı”-deyən politoloq vurğulayıb ki, bu əməllər sülh və insanlıq əleyhinə cinayətlər olmaqla, müharibə cinayətləri kimi beynəlxalq hüquqda öz təsdiqini tapmış faktlardır.

Müharibənin xronikası və siyasi nəticələri...

44 gün ərzində Azərbaycan Ordusu hər gün yeni zəfərlər qazandı. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı azad edildi, Şuşa uğrunda döyüşlər isə qəhrəmanlığın zirvəsi oldu. 8 noyabr 2020-ci ildə Şuşanın işğaldan azad edilməsi Qələbənin rəmzi məqamına çevrildi.

10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli Bəyanat Ermənistanın kapitulyasiyası demək idi. Azərbaycan həm hərbi, həm siyasi müstəvidə tam qələbə qazandı.

Azərbaycan diplomatiyası 44 günlük müharibə dövründə və ondan sonrakı mərhələdə müharibə həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm addımlar atdı.

Cənab Prezident İlham Əliyevin beynəlxalq media qurumlarına verdiyi müsahibələr, çıxışlar Azərbaycanın mövqeyini qlobal auditoriyaya birbaşa təqdim etdi.

Dünya ictimaiyyəti Ermənistanın işğalçı siyasətini, törətdiyi müharibə cinayətlərini və Azərbaycanın haqq mübarizəsini daha aydın şəkildə gördü.

Bu, Azərbaycanın beynəlxalq nüfuzunu möhkəmləndirdi və regionda yeni reallıqlar yaratdı.

Politoloq bildirib ki, qələbənin strateji əhəmiyyəti, Vətən Müharibəsi nəticəsində, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

Ermənistana qarşı illərlə davam edən beynəlxalq susqunluq qırıldı və regionda yeni nəqliyyat və enerji əməkdaşlığı imkanları açıldı.

Şərqi Zəngəzur və Qarabağ Azərbaycanın inkişaf gündəminin mərkəzinə çevrildi.

Politoloq hesab edir ki, nəticə etibarı ilə, 44 günlük Vətən Müharibəsi Azərbaycan xalqının iradəsinin, birliyinin və Ali Baş Komandanın strateji liderliyinin təntənəsi oldu. Ermənistanın törətdiyi sülh və insanlıq əleyhinə cinayətlər isə həm beynəlxalq hüquq, həm də tarixi yaddaş qarşısında ifşa olundu.

“Azərbaycan dövləti bu həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqla həm öz haqq işini müdafiə edir, həm də beynəlxalq ədalətin bərqərar olması uğrunda mühüm töhfə verir.

Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyəti, uzaq görən xarici siyasəti nəticəsində Azərbaycan nəyin ki, regionda bütün dünyada gücünü sübut etdi!

Yaşasın Azərbaycan, Yaşasın Müzəffər Ali Baş Komandan!”- Nicat İsmayılov fikrini yekunlaşdırıb.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 04 Oktyabr 2025 00:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri