MY 100 milyon qiyməti olan 17 yaşlı istedada görə hərəkətə keçdi: Amorimin tapıntısıdır
Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Mançester Yunayted" "Sportinq"in 17 yaşlı futbolçusu Covani Kendanı heyətinə qatmaq imkanını nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu barədə "mankunianlar" artıq Portuqaliya klubunun rəhbərliyi ilə əlaqə saxlayıb. “Qırmızı şeytanlar” istedadlı yarımmüdafiəçinin transferi ilə bağlı danışıqlara başlamağa hazırdır. Kendanın keçidinin təxminən 84 milyon funt-sterlinqə (100 milyon avro) başa gəlmə ehtimalı var.
Bu mövsüm cinah oyunçusu "Sportinq"in əsas komandasında debüt edib. Kenda 18 matç keçirməyi bacarıb. O, bu oyunlarda 2 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Mançester Yunayted"in yeni baş məşqçisi Ruben Amorimin son klubu məhz "Sportinq" olub. Covani Kenda məhz onun istəyi ilə əsas komandaya cəlb edilib.
Heybət
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 18 Noyabr 2024 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















