Narkobaron Bakıda həbsxanada ÖLDÜ
News24 saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanda daha bir məhkum həbsdə ölüb.
News24.az lent.az-a istinadən bildirir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.
Orada cəza çəkən məhkum Yəhyabala Xalıqov dünyasını dəyişib.
Onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, Yəhyabala Xalıqov bu ilin iyul ayında həbs edilib. O, narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinib. Cinayət aləmində narkobaron kimi tanınan Y.Xalıqovdan külli miqdarda heroin və metamfetamin aşkar edilib.
Davam etdirilən əməliyyat tədbirləri zamanı onun yaşadığı evdən isə əlavə olaraq heroin, metamfetamin, tiryək, marixuana və metadon həbləri aşkar olunaraq götürülüb.
Baxış sayı:148
Bu xəbər 26 Noyabr 2024 21:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















