NATO kommunikasiya beyni ni Türkiyə proqram təminatına həvalə etdi
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) "kommunikasiya beyni"ni Türkiyə proqram təminatına həvalə edib.
Oxu.Az "Haber Global"a istinadən verdiyi məlumata görə, hərbi təşkilat HAVELSAN şirkətindən şəbəkə proqramını almaq qərarına gəlib.
Məlumata görə, NATO bu strateji sahədə ən yüksək texniki balı HAVELSAN-a verib və bu qurumla işləmək qərara alınıb. Ətraflı müzakirələrdən sonra tərəflər razılığa gəliblər. Proqram təminatının təmin edilməsi üçün vacib müqavilə rəsmi olaraq dekabrın 18-də imzalanıb.
Məlumata görə, taktiki məlumat bağlantısı idarəetmə mərkəzi müasir orduların "kommunikasiya beyni" kimi təsvir olunur. Bu mərkəzlərdən qurulan şəbəkələr havada, quruda və dənizdə bütün dost qüvvələrin eyni əməliyyat mənzərəsini paylaşaraq, real vaxt rejimində ünsiyyət qurmasına imkan verir.
Komandanlıq və hesabat mərkəzləri həmin proqram təminatı vasitəsilə problemsiz şəkildə əlaqə qurur, eyni zamanda qırıcı təyyarələr, gəmilər və raket sistemləri buradan idarə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 12 Yanvar 2026 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















