Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

NATO sammitinə sözardı Sülh və tərksilahdan danışan yoxdur KONKRET

NATO sammitinə sözardı Sülh və tərksilahdan danışan yoxdur KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əməkdar jurnalist Faiq Hüsiyev

NATO sammitinə sözardı

Qardaş Türkiyədə 7-8 iyul tarixlərində baş tutmuş, sayca 36-cı NATO sammitinin sonu ABŞ-ın İrana raket zərbəsi endirməsi və futbol üzrə Dünya Çempionatının 1/4 mərhələsinin səbəbilə bir az kölgəyə düşdü.

22 il sonra Türkiyə ərazisində ikinci dəfə keçirilən bu sammit alyansa daxil olan Avropa ölkələrinin və Kanadanın müdafiə baxımından məsuliyyət yükünü artırmağa xidmət etmiş oldu. Hərbi xərclərin artırılması, yeni raket sisteminin qurulması və müharibə aparan Ukraynaya kömək əsas müzakirə mövzusuna çevrilsə də, pərdəarxası məqamlar daha çox diqqət çəkdi.

Yekun bəyannamədə Ukraynanın Avroatlantik məkanın təhlükəsizliyinə töhfə verdiyinin qeyd edilməsi çoxmənalı cümlə kimi səslənib. Alyans ölkələrinin rəsmi Kiyevə bu il ərzində 70 milyard dollarlıq hərbi texnika və digər dəstək göstərmək qərarı isə Ukrayna-Rusiya müharibəsində NATO-nun tərəf kimi yer almasını təsdiqləyib. 2027-ci il üçün eyni miqdarda yardımın göstəriləcəyi də bildirilib. Odur ki, iki slavyan dövlətinin qırğını hələ davamlı olacaq. ABŞ prezidenti Donald Trampın Patriot zenit raket komplekslərinin istehsalı üçün Ukraynaya rəsmi lisenziya verəcəyi barədə açıqlaması isə sensasiya sayıla bilər. Vladimir Zelenskinin bu sammitdən əlidolu qayıtması hər halda Ukrayna xalqının daha bir neçə il vuruşmalı olacağından xəbər verir. Təsadüfi deyil ki, alyansa üzv ölkələr Rusiyanı yenidən “Avroatlantik təhlükəsizliyə uzunmüddətli təhlükə” kimi qiymətləndiriblər.

Donald Trampın alyansa üzv olan bəzi müttəfiqlərin ünvanlarına ikrahlı ifadələr işlətməsi isə NATO daxilində fikir ayrılığının olduğunu bir daha göstərib. Üstəlik, Danimarkadan Qrenlandiyanı tələb etməsi heç də razılıqla qarşılanmayıb. Çünki ərazi bütövlüyü məsələsi qırmızı xəttdir.

Şimali Atlantika alyansının baş katibi, daim gülümsəyən Mark Rüttenin sammitdəki gərgin söhbətləri ailədaxili müzakirələr kimi qələmə verməsi ABŞ ilə müttəfiqləri arasındakı gərginliyə su çiləmək kimi bir şeydir. ABŞ prezidenti Donald Trampın bu sammitə “Türkiyədə keçirildiyi üçün və Ərdoğana şəxsi hörmətə görə” gəldiyi ifadəsini dönə-dönə işlətməsi avropalı müttəfiqlərinə bir şapalaq təsiri bağışlayıb. Çünki İranda aparılan hərbi əməliyyatlarda müttəfiqlərindən istədiyi dəstəyi tam şəkildə almayan rəsmi Vaşinqton onlardan küsmüşdü. İranla münaqişənin dünya yanacaq bazarına ciddi təsir edərək elə avropalıları əlavə xərcə salması deyəsən Trampın vecinə də deyil. Üstəlik, Qoca Qitənin sakinləri iqtisadi böhranla yanaşı, hərbi xərclərin təzyiqi altında yaşamağa məhkum ediliblər. ABŞ-dan asılılıq və müstəqil qərar qəbul edə bilməmələri Avropa ölkələrinə sözün hərtərəfli mənasında baha başa gəlir.

Bir il öncə Haaqa şəhərində keçirilən sammitdən sonra ABŞ hərbi sənaye kompleksi avropalılardan yeni sifarişlər almaqla ölkə iqtisadiyyatına xeyli qazanc gətirmişdi. Çünki NATO-ya üzv ölkələrin Ümumi Daxili Məhsulunun (ÜDM) 5 faizinin müdafiə xərclərinə sərf olunması əslində ABŞ iqtisadiyyatının xeyrinə işləmişdi.

Burada kiçik bir haşiyəyə çıxmaq lazımdır. Türkiyənin yeni nəsil (beşinci nəsil) “F-35” qırıcı təyyarələrə sahib olması niyyəti axır ki, müsbət qarşılanıb. Hərçənd ki, rəsmi Ankara bu proqramda iştirak üçün 1,4 milyard dolları çoxdan ödəyib və ümumilikdə 100 belə təyyarənin alınmasını planlaşdırıb. Bu məsələnin ləngiməsi Türkiyənin hələ 2018-ci ildə Rusiyadan 2,5 milyard dollara 4 divizion C- 400 zenit raket sistemi alması ilə bağlı idi. İndi ABŞ-ın təkidi ilə türklər bu kompleksi Fars körfəzi ölkələrindən birinə satmağı qərara alıblar.

Bu sammit çərçivəsində Türkiyə ilə Böyük Britaniya arasında təhlükəsizlik sahəsində hərtərəfli paktın imzalanması qarşılıqlı əməkdaşlığın yeni səviyyəsindən xəbər verir. Qardaş ölkənin hərbi-sənaye kompleksinin imkanları daha da genişlənəcək və şübhəsiz ki, Türkiyənin NATO daxilindəki rolu, həmçinin regional nüfuzu daha da artacaq.

Sammitdə Kanadanın öz donanması üçün Almaniyadan sualtı qayıqlar almaq niyyəti də diqqət çəkib. Əvvəllər bu sifariş ABŞ şirkətlərinə verilirdi. Amma Trampın Kanadaya qarşı da ərazi iddiası qonşu dövlətdə özünü bu cür narazılıqla biruzə verib.

Hərçənd ki, ABŞ şirkətləri Avropa ərazisində hərbi təyinatlı yeni müəssisələrin yaradılmasına razılıq alıblar. Yeni tanklar, orta mənzilli raketlər və hərbi təyinatlı digər məhsulların istehsalı üçün müştərək layihələrə Boeing, Lockheed Martin, General Dynamics, Raytheon və Anduril kimi şirkətlər cəlb olunacaqlar. Almaniyanın Rheinmetall, Diehl və Polşanın PGZ şirkətləri də tərəfdaş qismində çıxış edəcəklər.

Odur ki, NATO-da qalacaqlarını bəyan edən ABŞ prezidenti bu sammiti üzv dövlətlər üçün xoş notlarda bitirib. Futbol üzrə ABŞ milli komandasının belçikalılara uduzması amerikalıların əhvalına soğan doğrasa da, sonda hər şey beləcə öz yoluna qoyulub.

Qeyd etmək yerinə düşər ki, Donald Trampın birinci dəfə prezident seçilməsindən sonra ABŞ şirkətləri hərbi sənaye sahəsində 1, 2 trilyon dollar qazanmışdılarsa, onun sayca ikinci rəhbərliyi dövründə bu rəqəm 147 milyard dollar olub və bu proses davam etməkdədir.

Bu sammitdə “Yaşıl müdafiə” (Green Defence) mövzusu isə qapalı müzakirələrdə diqqətdə saxlanılıb. Silahlı qüvvələrin enerji effektivliyi, ekstremal hava şəraitində infrastrukturun döyüş qabiliyyəti və hərbi əməliyyatlar vaxtı ekoloji təhlükəsizlik məsələləri də aktual olub.

Ev sahibi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın öz qonaqlarına üzərində hər kəsin adları yazılmış “Gümüşay” markalı revolver-tapança hədiyyə etməsi isə heç də birmənalı qarşılanmayıb. Kanadanın Baş naziri Mark Karni, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Niderlandın Baş naziri Rob Cetten, Belçikanın Baş naziri Bart de Vever və Avropa Şurasının rəhbəri Antoniu Koşta hədiyyə silahı aidiyyəti üzrə təhlükəsizlik xidmətlərinə təhvil veriblər. Tapançaların müzeylərə göndəriləcəyi də bildirilir.

NATO tərəfdaşları hələ də bu hədiyyənin nə məna daşıdığını düşünürlər.

ABŞ prezidenti Donald Trampın geriyə uçuş zamanı öz təyyarəsini dəyişməsi isə ehtimal ki, daha çox təhlükəsizlik xarakteri daşıyıb. Air Firce One nisbətən köhnə layner sayılsa da, hər halda təhlükəsizlik xidməti üçün daha etibarlı olub.

Yaxın Şərqdəki vəziyyətin müzakirəsi isə sırf ritorik xarakter daşıyıb.

Sonda qeyd edim ki, dünyanın aparıcı dövlətləri silahlanmaya əvvəlki illərdən daha çox pul xərcləməklə insanlığı gələcəkdə daha böyük müharibələrin gözlədiyinə işarə edirlər. Təkcə ABŞ müdafiə xərclərini 2026-cı ildə 1 trln. etmişdisə, 2027-ci ildə Pentaqonun büdcəsinin 1,5 tln. dollara çatdıracağını elan edilib.

Dünya liderləri səviyyəsində sülh və tərksilahdan danışan yoxdur. 

Bax belə…

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 İyul 2026 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see608

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see280

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see273

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see263

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see255

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see248

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see245

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see228

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see223

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see222

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see215

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see213

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see201

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see198

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see190

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see189

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see188

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see175

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see175

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri