Icma.az
close
up
RU
“NATO sərhəddə silahlanır: Avropa Putinə qarşı görünməz müharibəyə hazırlaşır“ “Financial Times“

“NATO sərhəddə silahlanır: Avropa Putinə qarşı görünməz müharibəyə hazırlaşır“ “Financial Times“

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Rusiyanın təxribatları Avropanı təhlükəsizlik böhranına salıb, Vaşinqton isə hələ təhdidin miqyasını dərk etmir..."

Avropa artıq faktiki olaraq "sülh ilə müharibə arasında" bir mərhələyə qədəm qoyub. Rusiyanın pilotsuz uçuş aparatları və diversiya əməliyyatları Qərb sərhədlərini sınağa çəkir, NATO isə getdikcə daha sərt cavab variantlarını müzakirə edir.

Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.

Hibrid müharibənin yeni mərhələsi

İttifaq daxilindəki müzakirələrdə əsas məsələ Rusiya təxribatlarına qarşı silahlı reaksiya vermək ehtimalıdır. Bir sıra ölkələr, xüsusilə Polşa və Baltik dövlətləri, Fransa və Böyük Britaniyanın dəstəyi ilə NATO-nun kəşfiyyat dronlarını silahlandırmaq, pilotlara atəş açmaq üçün daha geniş səlahiyyətlər vermək və Rusiyayla sərhəddə hərbi təlimlər keçirmək təklifini irəli sürüb. ABŞ Prezidenti Donald Tramp da bu mövzuda açıq danışıb: onun sözlərinə görə, "NATO təyyarələri müttəfiq ölkələrin hava məkanına daxil olan rus təyyarələrinə qarşılıq verməlidir".

Moskvanın görünməz təxribatları

Son aylarda Polşa, Estoniya, Rumıniya və hətta Almaniyanın hava məkanında Rusiya dronlarının peyda olması NATO-nu ciddi narahat edir. Kopenhagendə hava limanı bir neçə dəfə bağlanıb, Baltik dənizində "kölgə gəmiləri" müşahidə olunub, yeraltı kabellərə və enerji infrastrukturuna hücumlar baş verib. Vaşinqtondakı Strateji Araşdırmalar Mərkəzi xəbərdarlıq edir ki, Rusiya "köhnə tanker və ticarət gəmilərindən" sabotaj məqsədilə istifadə edir - bu, artıq açıq hərbi hücumdan çox "boz zona müharibəsi" adlandırılır. Bir analitikin sözləri ilə desək: "Bu, qurbağanı yavaş-yavaş qaynatmaq kimidir - Kreml hər dəfə bir az daha çox riskə gedir, Qərbin dözüm həddini yoxlayır".

Avropa silkələnir, Amerika laqeyddir

Almaniya kansleri Fridrix Mers vəziyyəti belə təsvir edib: "Biz hələ müharibədə deyilik, amma artıq sülh də yoxdur". Bu sözlər Avropanın yeni reallığını əks etdirir - sabitliyin illərlə davam etdiyi qitə indi hər gün gərginlik içində yaşayır. Buna baxmayaraq, CNN qeyd edir ki, ABŞ-da bu təhlükə eyni dərəcədə hiss olunmur. Vaşinqton daha çox daxili siyasi məsələlərə fokuslanıb, Avropa isə öz müdafiəsini təkbaşına gücləndirməyə çalışır. Avropa liderləri artıq açıq sual verir: "Əgər sabah real eskalasiya olsa, ABŞ köməyə gələcəkmi?"

Qitə müdafiəyə hazırlaşır

NATO-nun şərq cinahında patrul missiyaları artıq sıradan bir təcrübə deyil - F-35 və "Eurofighter" pilotları daimi döyüş rejimində işləyir. Polşa 4-cü maddəni aktivləşdirib, Avropa ölkələri isə müdafiə xərclərini 3,5 faiz səviyyəsinə qaldırmağı planlaşdırır. Eyni zamanda, Almaniya ölkə səmasında uçan dronları vurmaq üçün hüquqi baza yaradır və "hava müdafiə mərkəzi' qurur. Lakin mütəxəssislərin fikrincə, bu kifayət deyil. NATO-nun sabiq baş katibi Corc Robertson xəbərdarlıq edir: "Əgər işıqlar sönəndə nə edəcəyinizi bilmirsinizsə, deməli, artıq gecdir. Hər ailə, hər vətəndaş fövqəladə vəziyyətə hazır olmalıdır".

Müharibəsiz müharibə dövrü

Avropa artıq yeni təhlükə mərhələsindədir - açıq müharibə elan olunmayıb, amma müharibənin bütün elementləri artıq buradadır. Rusiya hərəkətlərini inkar edir, lakin onun dronları, kiberhücumları və informasiya manipulyasiyaları Avropanın sinirlərini sınağa çəkir. Bu fon­da NATO-nun qarşısında iki seçim var: ya təxribatlara cavab verməkdə tərəddüd edərək zəiflik təəssüratı yaratmaq, ya da eskalasiyanın riskini qəbul edib sərhədlərini silahla qorumağa başlamaq. Avropa "soyuq müharibə"nin yeni, səssiz mərhələsindədir və bu dəfə təhlükə daha yaxın, daha görünməz və daha realdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Oktyabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri