NATOdan qəzaya uğrayan təyyarəmizlə bağlı TƏLƏB: Tam araşdırılsın!
Publika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
NATO Azərbaycan təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı “tam araşdırma” tələb edib.
Publika.az xəbər verir ki, bu barədə NATO-nun rəsmi nümayəndəsi Farah Dahlallah "X" sosial şəbəkəsində yazıb.
O, eyni zamanda baş vermiş hadisə ilə bağlı Azərbaycana başsağlığı da verib.
“Düşüncələrimiz və dualarımız Azərbaycan Hava Yollarının J28243 nömrəli təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələri və qurbanları ilə birlikdədir”, - deyə Dahlallah qeyd edib.
Xatırladaq ki, dekabrın 25-də səhər saatlarında Bakıdan Qroznıya uçan "Embraer 190" təyyarəsi Qazaxıstanın qərbində, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. Məlumata görə, 29 nəfər sağ qalıb.
Adəm Abbaslı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 26 Dekabr 2024 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















