Icma.az
close
up
RU
Naxçıvan MR İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar tədbir keçirilib

Naxçıvan MR İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar tədbir keçirilib

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Dövlət sərhədlərinin bərpası və suverenliyimizin təmin edilməsində cənab İlham Əliyevin çətin və şərəfli yolu” mövzusunda tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının əhəmiyyətindən, Azərbaycanın inkişafının yeni mərhələsindən və qüdrətli bir ölkəyə çevrilməsindən danışıb. Kazım Hüseynəliyev iqtisadi müstəqilliyin əldə olunması, sahibkarlığın inkişafı, özəl sektorun formalaşmasında Ulu Öndər Heydər Əliyevin əvəzedilməz rolu, həmçinin bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi, sahibkarlığa dəstək məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi və digər həyata keçirilən islahatlar barədə məlumat verib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin milli suverenliyimiz və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi addım olduğunu vurğulayıb. Ölkəmizin konstitusion inkişaf yolu və dövlət suverenliyi sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verib.

Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu fəaliyyətindən danışıb. Vurğulayıb ki, Ümummilli Lider müstəqil Azərbaycanın qanunvericilik sisteminin formalaşmasında həlledici rol oynayıb və milli hüquqi dövlətçiliyin əsasını qoyub. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hüquq sisteminin inkişafı və təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Tədbirdə “Dövlət sərhədlərinin bərpası və suverenliyimizin təmin edilməsində cənab İlham Əliyevin çətin və şərəfli yolu” haqqında videoçarx nümayiş olunub.

Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun 23 iyun 2025-ci il tarixli "Dövlət qulluqçularının təltif edilməsi haqqında" və 21 iyul 2025-ci il tarixli “Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən media nümayəndələrinin təltif edilməsi haqqında” Sərəncamlarına əsasən “Rəşadətli əməyə görə” nişanları ilə təltif olunmuş Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin, Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşlarına nişan və vəsiqələr təqdim edilib.

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Siyasət

Xorvatiya parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Siyasət

Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü...

Siyasət

Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib...

Siyasət

"Sülhə gedən yolda Ermənistanın qarşısında əsas duran məsələ..." - POLİTOLOQ AÇIQLADI

Siyasət

Dövlət və hökumət başçılarının şərəfinə rəsmi nahar verilib

Siyasət

Bişkekdən Qəbələyə - RAKURS

Siyasət

"Azərbaycan mina terroruna qarşı mübarizəni davam etdirir" - MÜNASİBƏT BİLDİRİLDİ

Siyasət

"Türk dünyası birliyə doğru inamla irəliləyir" - ŞƏRH EDİLDİ

Siyasət

"Sammit türk dünyasının daha da möhkəmlənməsinə təkan verir" - DEPUTAT ŞƏRH ETDİ

Siyasət

Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməli qoyulub

Siyasət

Fransa vətəndaş müharibəsinə sürüklənir TƏHLİL

Siyasət

Mina və partlamamış hərbi sursatlar probleminə dair qrant müsabiqələri elan olunub

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Oktyabr 2025 22:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see738

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see224

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri