Icma.az
close
up
RU
Naxçıvan Muxtar Respublikasında 6 seçki dairəsi üzrə 1360 dan çox əməkdaş treninqlərə cəlb ediləcək AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında 6 seçki dairəsi üzrə 1360 dan çox əməkdaş treninqlərə cəlb ediləcək AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 19 yanvar, AZƏRTAC

Yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkiləri ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 6 dairə seçki dairəsində məntəqə seçki komissiyalarının sədrləri, katibləri və üzvləri üçün treninqlər keçirilir. Təlimlərin məqsədi seçki komissiyaları üzvlərinin məlumatlılığının və peşəkarlıq səviyyəsinin artırılmasıdır.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, treninqlərdə iştirakçılara seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi və seçki günü müstəsna hallar da daxil olmaqla, bütün seçki günü prosedurlar müxtəlif metodiki və yardımçı vəsaitlərdən də istifadə edilməklə əyani formada çatdırılır. Xüsusilə seçicilərin öz iradələrini ifadə etməsi ilə bağlı bələdiyyə seçkilərinin spesifikliyindən irəli gələrək, səsvermə, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması bütün təfsilatı ilə aydın izah olunur. Treninqlər çərçivəsində, həmçinin seçki günü prosedurlarına dair müxtəlif məsələlər ətrafında geniş müzakirələr aparılır, suallar cavablandırılır.

Seçki məntəqələrinin hər bir üzvü MSK tərəfindən hazırlanan və bütün aidiyyəti prosedurları əks etdirən “Seçki günü üçün yaddaş kitabçası”, səsvermənin nəticələri haqqında protokol nümunəsi, müxtəlif zəruri metodiki vəsaitlər və əyani materiallarla təmin olunublar.

1 saylı Şərur-Sədərək seçki dairəsinin sədri Niyaz Əsgərov bildirib ki, treninqlərdə dairə üzrə 8 məntəqənin 48 əməkdaşı iştirak edəcək. Təlimlər gün ərzində iki dəfə olmaqla, 4 gün davam edəcək. 1 saylı Şərur-Sədərək seçki dairəsi üzrə 48 mindən çox seçici qeydə alınıb ki, onlardan 343-ü ilk dəfə səs verəcək. Ən yaşlı seçici 46 saylı Sədərək kənd seçki məntəqəsində qeydiyyatda olan, 1926-cı il təvəllüdlü Gülüstan Əsədovadır. Dairə üzrə seçkilər 8 bələdiyyəni əhatə edəcək.

2 saylı Şərur-Kəngərli seçki dairəsi üzrə 49 mindən çox seçici qeydə alınıb. Onlardan 353-ü ilk dəfə səsvermə hüququndan istifadə edəcək. Yanvarın 19-dan başlayaraq 5 gün ərzində, gündə iki dəfə olmaqla keçiriləcək treninqlərə 57 məntəqədən 342 əməkdaş cəlb olunacaq. Seçki təyin olunan 8 bələdiyyə üzrə 179 namizəd mübarizə aparacaq.

4 saylı Naxçıvan şəhər seçki dairəsinin sədri Ramil Sadiqovun verdiyi məlumata görə, dairə üzrə 43 məntəqədən 258 əməkdaş treninqlərdə iştirak edəcək. Təlimlər 4 gün müddətində, gündə iki dəfə olmaqla təşkil olunacaq. Dairə üzrə 46 mindən çox seçici qeydə alınıb ki, onlardan 237-si ilk dəfə səs verəcək.

Qeyd edək ki, bələdiyyə seçkiləri ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 1 saylı Şərur-Sədərək seçki dairəsindən 48, 2 saylı Şərur-Kəngərli seçki dairəsi üzrə 342, 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsindən 354, 4 saylı Naxçıvan şəhər seçki dairəsindən 258, 5 saylı Babək-Naxçıvan-Culfa seçki dairəsi üzrə 282, 6 saylı Oubad-Culfa seçki dairəsindən 78 olmaqla, ümumilikdə 1362 əməkdaş treninqlərdə iştirak edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Yanvar 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri