Naxçıvan Təlim Mərkəzində SMM təlimi başa çatıb
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Naxçıvan Təlim Mərkəzi tərəfindən təşkil olunan və sosial media menecmenti sahəsində nəzəri və praktiki biliklərin aşılandığı SMM təlimi uğurla başa çatıb.
Təlimin son günündə iştirakçılar sosial media sahəsində ən son tendensiyalarla tanış olublar. Xüsusilə süni intellekt alətlərinin rəqəmsal marketinqdə və kontent istehsalında artan rolu barədə müzakirələr aparılıb.
Təlim proqramı çərçivəsində ümumi sertifikasiya imtahanı təşkil olunub. Yekun imtahanda yüksək nəticə göstərən iştirakçılar uğur sertifikatı ilə təltif olunacaq.
Xatırladaq ki, təlimi beynəlxalq dərəcəli rəqəmsal marketinq mütəxəssisi Aslan Səfərov aparıb. SMM təliminə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 13 dövlət qurumundan ümumilikdə 46 əməkdaş cəlb olunub.
Naxçıvan Təlim Mərkəzi rəqəmsal bacarıqların inkişafı istiqamətində təlimlərini davam etdirəcək.
Baxış sayı:81
Bu xəbər 25 İyun 2025 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















