Icma.az
close
up
RU
Naxçıvanda “İnteraktiv təhsil yardımı” layihəsinin təqdimatı keçirilib FOTOLAR

Naxçıvanda “İnteraktiv təhsil yardımı” layihəsinin təqdimatı keçirilib FOTOLAR

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Noyabrın 28-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Ticarət Nazirliyi arasında imzalanmış Naxçıvan Muxtar Respublikasına “İnteraktiv təhsil yardımı” layihəsinin təqdimatı və təhvil-təslim mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey və Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov iştirak ediblər.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov dövlət başçısının rəhbərliyi və xüsusi qayğısı ilə ölkəmizdə təhsilin hərtərəfli inkişafı istiqamətində genişmiqyaslı işlərin aparıldığını diqqətə çatdırıb, bu işlərin Naxçıvan Muxtar Respublikasında da uğurla icra olunduğunu vurğulayıb.

Səlahiyyətli nümayəndə qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda təhsilin inkişafı əsas prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib və bu sahədə çoxsaylı layihələr icra olunur.

Ceyhun Cəlilov Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında inkişaf edən əməkdaşlıq çərçivəsində reallaşdırılan layihənin muxtar respublikanın təhsil müəssisələrində interaktiv tədrisin təşkili və təhsilalanların bacarıqlarının artırılmasında mühüm rol oynayacağına əminliyini bildirib, layihənin icrasında əməyi keçən hər kəsə təşəkkür edib.

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan-Çin əlaqələrinin inkişafı fonunda elm və təhsil sahəsində də əlaqələrin dərinləşdiyini vurğulayıb. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına sonuncu səfərini xatırladan nazir bildirib ki, səfər çərçivəsində digər istiqamətlərlə yanaşı, elm və texnologiya sahələrində əməkdaşlıq haqqında protokol imzalanıb. Bu əlaqələrin tərkib hissəsi olaraq “İnteraktiv təhsil yardımı” layihəsinin icra olunması ölkəmizdə bu sahədə qabaqcıllar sırasında olan Naxçıvan Muxtar Respublikasında təhsilin innovativ əsasda daha intensiv inkişafına şərait yaradacaq.

Çin Xalq Respublikasının səfiri Lu Mey bildirib ki, son illər iki ölkə liderlərinin qayğısı və strateji rəhbərliyi sayəsində Çin-Azərbaycan münasibətləri sürətlə inkişaf edir. Bu il Prezident İlham Əliyevin Çinə iki rəsmi səfəri zamanı dövlət başçıları əlaqələrin “Hərtərəfli strateji tərəfdaşlıq” səviyyəsinə yüksəldiyini elan ediblər.

Vurğulanıb ki, “İnteraktiv təhsil yardımı” layihəsi Çin hökumətinin “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf strategiyasına və Elm və Təhsil Nazirliyinin rəqəmsal transformasiya planlarına dəstəyini göstərir. 2019-cu il hökumətlərarası razılaşmasından sonra hər iki tərəfin xüsusi diqqətində olan layihə bu gün uğurla tamamlanır.

Səfir Lu Mey Çin tərəfinin Naxçıvan Muxtar Respublikası ilə təhsil və rəqəmsal texnologiyalar sahəsində regional əməkdaşlığı bundan sonra da dəstəkləyəcəyini bildirib və layihənin uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib.

Sonra “İnteraktiv təhsil yardımı” layihəsi barədə ümumi məlumat verilib. Qeyd edilib ki, layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində data mərkəzi və idarəetmə otağı yaradılıb, nazirliyə tabe müəssisələrdə isə müvafiq texniki infrastruktur qurulmaqla vahid elektron platforma istifadəyə verilib. Data mərkəzi 4 hissədən ibarət olmaqla, 38 serverdən, soyutma və idarəetmə sistemindən ibarətdir. İnteraktiv qoşulmanın daha keyfiyyətli və operativ təşkili məqsədilə STEAM Mərkəzi və təhsil müəssisələrinin hər birində 2 smart lövhə quraşdırılıb, 2300 planşet şagirdlərin istifadəsinə verilib.

Tədbirdə nazirliyin idarəetmə otağı və STEAM Mərkəzinin imkanları nümayiş etdirilib, sistemə qoşulan təhsil müəssisələri arasında bağlantının monitorinqi aparılıb. Bildirilib ki, sistemə real vaxt rejimində və sonradan qoşulmaqla STEAM Mərkəzində keçirilən dərsləri izləmək mümkündür. Pilot layihə olaraq hazırda 24 təhsil müəssisəsi yeni elektron təhsil platformasına inteqrasiya olunub. Növbəti mərhələdə muxtar respublikanın digər təhsil müəssisələrinin də bu sistemə qoşulması nəzərdə tutulur.

Tədbirdə Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında Naxçıvan Muxtar Respublikasına “İnteraktiv təhsil yardımı” layihəsinə dair təhvil-təslim aktı imzalanıb. Aktı Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey və Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov imzalayıblar.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:43
embedMənbə:https://unikal.az
archiveBu xəbər 28 Noyabr 2025 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see199

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see130

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri