Icma.az
close
up
RU
Naxçıvanda suvarma suyuna tələbatın ödənilməsi üçün Araz Su Anbarından yeni xətt çəkiləcək

Naxçıvanda suvarma suyuna tələbatın ödənilməsi üçün Araz Su Anbarından yeni xətt çəkiləcək

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 14 iyul, AZƏRTAC

Bu il Naxçıvan Muxtar Respublikasının ərazisində yağıntıların miqdarı həddindən artıq az olub. Buna görə də su anbarlarının bəzilərində kifayət qədər su toplanılmayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəis müavini Emil Səfərov deyib.

Rəis müavini qeyd edib ki, Naxçıvanın böyük su hövzələrindən sayılan Heydər Əliyev Su Anbarında hazırda 32 milyon kubmetr su mövcuddur. Bundan aşağı vəziyyət isə 2016-cı ildə qeydə alınıb ki, həmin vaxt ehtiyat su həcmi 7-8 milyon kubmetrə düşmüşdü: "Bu il anbara su daxil olmaları demək olar ki, sıfır səviyyəsindədir. Həm suvarmada, həm də içməli su sektorunda sudan maksimum səmərəli istifadə etmək lazımdır. Ümumiyyətlə, Heydər Əliyev Su Anbarının layihə tutumu 100 milyon kubmetrdir. İndiki vəziyyətdə su ehtiyatı minimum həddə düşə bilər".

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın Tədbirlər Planında Araz Su Anbarından Heydər Əliyev Su Anbarına inteqrasiyalı olunmaqla, suyun çəkilişi nəzərdə tutulub. Burada 3 pilləli nasos stansiya və 1,6 metr diametrində təzyiqli boru xəttinin tikintisi planlaşdırılıb. Əminik ki, bu yeni layihənin reallaşdırılması Naxçıvanın suvarma suyuna olan tələbatının ödənilməsində böyük rol oynayacaq", - deyə Emil Səfərov əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyul 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri