Nazir əmr imzaladı
Icma.az, News24 saytına istinadən bildirir.
Elm və təhsil naziri Emin Əmrullayev 2025/2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılması barədə əmr imzalayıb.
News24.az “Report”a istinadla xəbər verir ki, birinci sinfə şagird qəbulu valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçiriləcək.
Onlayn qeydiyyat mayın 1-dən, məktəb seçimi prosesinə Azərbaycan bölməsi üzrə mayın 6-dan başlanılacaq.
Qeyd olunub ki, yeni tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu üçün uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə peşəkar və səriştəli müəllimlərdən ibarət müsahibə və apellyasiya komissiyaları təşkil ediləcək.
Həmçinin şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibələr keçiriləcək, şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün hazırlanmış meyarlar təsdiq ediləcək.
Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 18 Aprel 2025 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















