Nazir müavini: Bakıda kanat və funikulyorlardan daha çox əyləncə məqsədilə istifadə edilir
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Bakı şəhərində kanat və funikulyorlardan nəqliyyat vasitəsi kimi istifadə olunmasının nəqliyyata hər hansı töhfə verəcəyini düşünmürük".
Oxu.Az xəbər verir ki, bu sözləri "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" mövzusunda keçirilən mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib.
O bildirib ki, kanat və funikulyorlardan bəzi yerlərdə əyləncə üçün istifadə olunduğunu görürük:
"Əgər relyef uyğundursa, həmin ərazilərdə bunlardan nəqliyyat vasitəsi kimi istifadə oluna bilər. Lakin Bakıda nə qədər eniş-yoxuş var ki, bunlardan istifadə nəqliyyata öz töhfəsini versin? Bakıda onlardan daha çox əyləncə məqsədilə istifadə edilir".
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 10 Yanvar 2025 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















