Icma.az
close
up
RU
Nazir müavini: Müdafiə Sənayesi Nazirliyinin müəssisələri ilə AzTU arasında səmərəli əməkdaşlıq mövcuddur AZƏRTAC

Nazir müavini: Müdafiə Sənayesi Nazirliyinin müəssisələri ilə AzTU arasında səmərəli əməkdaşlıq mövcuddur AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 26 noyabr, AZƏRTAC

Müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.

AZƏRTAC xəbər verir ki, rektor Vilayət Vəliyev əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı mühəndis kadr hazırlığı istiqamətində AzTU-da müasir tədris və təhsilin təşkili ilə əlaqədar görülən işlər barədə ətraflı məlumat verib.

Nazir müavini Hidayət Əzimov müdafiə sənayesi sahəsində ixtisaslı kadr hazırlığı, mütəxəssislərin təkmilləşdirilməsi və innovativ mühəndisliyin inkişaf etdirilməsi ilə bağlı fikirlərini diqqətə çatdırıb. O, Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli müəssisələri ilə AzTU arasında səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edərək, tələbələrin nəzəri biliklərinin təcrübə əsasında möhkəmləndirilməsi üçün nazirlik tərəfindən əlverişli şəraitin yaradıldığını bildirib.

Görüşdən sonra MSN-in nümayəndə heyəti AzTU-nun laboratoriyaları, emalatxanaları, layihələrin icra olunduğu təcrübi-tədris otaqları və KOB model müəssisəsi ilə tanış olub.

Daha sonra H.Əzimov ölkəmizin müdafiə sənayesi kompleksi üçün yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə Nazirlər Kabinetinin Qərarı əsasında AzTU-da yaradılan Xüsusi texnika və texnologiya fakültəsində təhsil alan bir qrup tələbə ilə görüşüb. Nazir müavini Azərbaycan dövləti tərəfindən ölkəmizin müdafiə sənayesinin davamlı inkişafına göstərilən diqqəti vurğulayıb. O, müasir hərbi məhsulların istehsalında əldə edilmiş nailiyyətlər haqqında danışıb, müdafiə sənayesi üçün zəruri ixtisaslarda peşəkar kadr hazırlığı işinin daha da təkmilləşdirilməsi üzrə MSN tərəfindən aparılan məqsədyönlü fəaliyyət barədə məlumat verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Noyabr 2024 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri