Icma.az
close
up
RU
Nazir su qıtlığı məsələsindən danışdı

Nazir su qıtlığı məsələsindən danışdı

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda kənd təsərrüfatı ölkə iqtisadiyyatında mühüm yer tutur, həm iqtisadi, həm də sosial baxımdan strateji əhəmiyyət daşıyır.

"Unikal" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “İqlim, iqtisadi və təhlükəsizlik problemləri kontekstində ərzaq təhlükəsizliyi: regional perspektivlərin fərqləri və oxşarlıqları” adlı paneldə çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, hazırda kənd təsərrüfatı Azərbaycanın ÜDM-nin təxminən 5-6 faizini təşkil edir, eyni zamanda, məşğulluğun 25 faizdən çoxunu təmin edir.

“Bu isə aqrar sektorun yalnız iqtisadi deyil, həm də mühüm sosial rol oynadığını göstərir. Bu səbəbdən aqrar siyasətin hazırlanması və həyata keçirilməsi zamanı həm iqtisadi, həm də sosial amillər nəzərə alınmalıdır. Qida təhlükəsizliyi baxımından kənd təsərrüfatının inkişafı bir sıra amillərdən asılıdır. Bu amillərin bir hissəsi artıq məlumdur və idarə oluna bilir. Bununla belə, iqlim dəyişiklikləri, eləcə də regionda və dünyada baş verən geosiyasi proseslər, xüsusilə Körfəz regionu və Ukrayna ətrafında müşahidə olunan gərginliklər ciddi çağırışlar yaradır. Su qıtlığı məsələsində əsas problem onun səmərəli idarə olunması ilə bağlıdır. Azərbaycanın su ehtiyatlarının təxminən 70 faizi xaricdən daxil olur. Lakin əsas məsələ bu resursların necə idarə edilməsidir. Bu istiqamətdə bir sıra mühüm addımlar atılır. Belə ki, ölkə üzrə müxtəlif miqyaslı su anbarlarının tikintisi və genişləndirilməsi həyata keçirilir, suyun nəqli sistemləri modernləşdirilərək açıq və torpaq kanallarından beton və qapalı boru sistemlərinə keçid təmin olunur. Bu isə su itkilərinin azaldılmasına, torpaq resurslarına qənaətə və səmərəliliyin artırılmasına xidmət edir”, – deyə o bildirib.

Nazir əlavə edib ki, kənd təsərrüfatı sahələrinə ötürülən suyun qapalı sistemlər vasitəsilə verilməsi və ölçülməsi xüsusi əhəmiyyət kəsb edir: “Bununla yanaşı, müasir suvarma texnologiyalarının tətbiqi genişləndirilir. Hazırda suvarılan torpaqların 10–14 faizi, yəni təxminən 130 min hektarı müasir suvarma sistemləri ilə əhatə olunub. 2030-cu ilə qədər bu göstəricinin 300 min hektara çatdırılması planlaşdırılır. Su resurslarının idarə olunmasında ən vacib məsələlərdən biri də ölçmə sistemlərinin tətbiqidir. Ümumi su istifadəsinin 70 faizi kənd təsərrüfatının payına düşsə də, ölçmə sistemləri əsasən məişət və sənaye sahələrində tətbiq olunur. Kənd təsərrüfatında isə bu sahədə ciddi boşluqlar mövcuddur. Halbuki, ölçülməyən resursun effektiv idarə olunması mümkün deyil”.

O, həmçinin qeyd edib ki, torpaq resurslarının səmərəli idarə olunması, xüsusilə torpaq konsolidasiyası layihələri də aqrar sektorun inkişafında mühüm rol oynayacaq.

“Bu istiqamətdə beynəlxalq təcrübədən, o cümlədən Türkiyənin təcrübəsindən istifadə nəzərdə tutulur. Kənd təsərrüfatına dəyər zənciri yanaşması tətbiq olunmalıdır. Bu zəncir istehsaldan deyil, resursların idarə olunmasından başlayır və su, torpaq, təhsil, elm və maliyyə kimi əsas komponentləri əhatə edir. Yalnız bu sahələrin kompleks şəkildə inkişaf etdirilməsi ilə davamlı kənd təsərrüfatı inkişafını və uzunmüddətli ərzaq təhlükəsizliyini təmin edə bilərik”, – deyə Məcnun Məmmədov əlavə edib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 May 2026 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri