Nə Amerika Birləşmiş Ştatları, nə də Rusiya Venesuelada keçirilən əməliyyatı Ukraynada həyata keçirə bilməz
Bizimyol saytına istinadən Icma.az xəbər verir.
Rusiya da ABŞ kimi eyni əməliyyatı Ukraynada həyata keçirə bilərmi?
Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ-nin Venesuelada keçirdiyi əməliyyat kimi əməliyyatın Rusiya tərəfindən Ukraynada keçirilməsi inandırıcı deyil, çünki Ukraynada hazırda müharibə gedir və Ukrayna xalqı demək olar ki, Zelenskinin müharibə ilə bağlı həyata keçirdiyi planı böyük ölçüdə dəstəkləyir.
Zeynal Əmrəliyev
Politoloqun fikrincə, Zelenskinin komandasında nə qədər müəyyən dərəcədə fikir ayrılıqları olsa da, ideoloji parçalanma hələ o səviyyəyə çatmayıb ki, faktiki olaraq müharibə gedən ölkənin rəhbərini Rusiyaya təhvil versinlər: “Bunu Amerika Birləşmiş Ştatları həyata keçirməz. Çox ciddi ictimai, beynəlxalq qınağa məruz qala bilər. İkinci bir tərəfdən, Rusiya bu cür əməliyyatı həyata keçirə bilməz. Çünki Rusiyanın Ukraynada elə güclü dəstəyi yoxdu. Söhbət Kiyevdən gedir. Məsələn; Krımda var idi, Krımı tez bir zamanda işğal etdilər. Ancaq digər bölgələrdə Rusiya Ukraynada bu dəstəyi təmin edə bilmir. Sosial dəstək olmadan hakim komanda daxilində, agentura şəbəkəsi formalaşdırmadan və beşinci kolonu həmin ölkədəki aktiv hala gətirmədən bu cür proseslər həyata keçirmək mümkün deyil.
Amerika Birləşmiş Ştatları Venesuelada bunu etdi və prezidenti bu şəkildə oğurlaya bildi. Amma bu da o demək deyil, hər ölkədə bu prosesi həyata keçirə bilər. Məsələn, Şimali Koreyada, mənim fikrimcə, bu əməliyyatı həyata keçirə bilməz. Eləcə də Rusiya, Ukrayna da bu əməliyyatı həyata keçirə bilməz. ABŞ həyata keçirsə belə, indiki mərhələdə çox ciddi qınağa məruz qala bilər”.
Zeynal Əmrəliyev qeyd edib ki, Venesuladaki hadisələrin bir çox ölkədə təkrarlana biləcəyi inandırıcı deyil.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 05 Yanvar 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















