Icma.az
close
up
RU
Nə sürücüdə, nə də sərnişində günah var, çıxış yolu avtobusların... AÇIQLAMA

Nə sürücüdə, nə də sərnişində günah var, çıxış yolu avtobusların... AÇIQLAMA

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Son zamanlar əksər vətəndaşlar avtobuslarda sıxlığın olması ilə bağlı narazılıqlar edir. Xüsusilə qeyd edirlər ki, sürücülər avtobusda kifayət qədər sərnişin olmasına baxmayaraq, arxa və ya orta qapılardan digərlərini keçirir və bu da diskomfort yaradır. Loru dildə desək, insanlar “üst-üstə” yol getməli olurlar. 

Maraqlıdır, avtobuslarda ümumiyyətlə sərnişin sayı nə qədər olmalıdır? Sürücülərin həddindən artıq sərnişin yığması necə qiymətləndirilməlidir?

Bununla bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, avtobusların sayı hələ də narahatlıq doğuran məsələ kimi qalıb:

“Bakı şəhərinə bu gün 2700-2800 avtobus tələb olunursa, bunun hələlik 2100 ədədini xətdə görürük. Qalan çatışmazlıq sərnişinlər arasında sıxlığa səbəb olur. Avtobuslar intervalı gecikdirəndə daha çətin vəziyyət yaranır. Nağdsız ödənişlə işləyən bəzi avtobus sürücüləri də bu vəziyyətdən istifadə edir və çalışırlar ki, daha çox sərnişin daşıyaraq daha çox pul qazansınlar. Ona görə arxa qapı, yan qapı – harada boş yer görsələr saxlayırlar ki, camaat minsin. Əslində prinsipcə, burada da qəbahətli bir iş görmürəm. Çünki insanlar yolda qalıb, onlar hansısa formada daşınmalıdır. Amma “üst-üstə” də yox.. Tamahkarlıq bir tərəfə, bəzən sürücülər də görür ki, məsələn, yaşlı qadındır, saatlarla dayanıb gözləyir, avtobusu saxlayıb götürür, bu zaman başqaları aqressiv yanaşır, götürməyəndə həmin şəxs narazılıq edir ki, yolda qaldım, avtobus məni götürmədi və.s. Yəni vəziyyət belədir. Normal hal deyil, lakin əlimizdə olan resurslar bu cür xidmət göstərməyə imkan verir”.

Müsahibimiz qeyd etdi ki, hər bir avtobusda sərnişin sayı istehsalçı zavod tərəfindən müəyyənləşdirilir:

“Hər bir avtobusun salonunda bu barədə məlumat lövhəsi yerləşdirilir – ayaqüstə daşınacaq sərnişinləri sayı, oturacaq sayı..Amma bəli, həqiqətən də bəzi sürücülər bunu nəzərə almır, qaydalara əməl etmir. Lakin sürücüləri də qınamaq olmur, çünki onlar sərnişinləri saya bilmir, elə bir imkanları yoxdur ki, bunu etsinlər. Belə həssas məsələlər var, bəzən özümüzü də o sürücülərin yerinə qoyanda görürük ki, fiziki olaraq bunu müəyyənləşdirmək çətindir. Sürücü salondakı sərnişinləri necə saya bilər? Yaxud dayanacaqda saxlayır, vətəndaş zorla da olsa, özünü avtobusa “atır” ki, yolda qalıb...Ən optimal çıxış yolu avtobusların sayını artırmaq, intervalı qısaltmaq və vətəndaşlara düzgün xidmət göstərməkdir. Bu gün ölkə başçısı şəxsən bu məsələləri tənzimləmək üçün özü səy göstərir, çalışır. Bu günkü müşavirənin də nəqliyyat məsələlərinə həsr olunması bunu deməyə əsas verir”.

Qeyd edək ki, yanvarın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib. 

Günay Rəsulqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://sfera.az
archiveBu xəbər 28 Yanvar 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri