Icma.az
close
up
RU
Necə başladı, necə bitdi…

Necə başladı, necə bitdi…

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Premyer Liqada XXX turunda keçirilən “Turan Tovuz” – “Sabah” (2:1) matçı hər iki tərəf üçün böyük əhəmiyyət kəsb edirdi.

Bu oyuna qədər “futuristlər”in aktivində 36 xal vardı, Tovuz təmsilçisində isə bu rəqəm 44 idi. Hər iki komandanın yaxşı durumda olmadığını nəzərə aldıqda, qalibi böyük avantaj gözləyirdi. Çünki həm “Sabah”, həm də “bozqurdlar”ın son qələbəsi fevral ayına təsadüf edir. Daha bir təsadüf “bayquşlar”ın çempionatdakı son qələbəsini fevralın 9-da elə “Turan Tovuz” üzərində qazanması idi.

Kurban Berdıyevin kollektivi həm də ölkə kubokunun 1/8 finalında Masazır təmsilçisinə məğlub olaraq, mübarizəsini sonlandırmışdı. Tərəflər arasındakı oyunlarda “Sabah”ın üstünlüyü tovuzluları müəyyən qədər aqressivləşdirsə, bir o qədər də psixoloji təzyiq yaradırdı. Xüsusən bu oyunda məğlub olmaqla aradakı xal fərqinin 5-ə enəcəyi, “Turan Tovuz”un avrokuboklara yollanmaq ehtimalının daha aşağı endirirdi.

Qarşılaşmaya yaxşı start götürən “futuristlər” 14-cü dəqiqədə Rəhman Daşdəmirovun asmasından sonra Anatoli Nuriyevin erkən qolu ilə hesabı açdı. Bir qədər sona Kurban Berdıyevin qırmızı vərəqə ilə meydandan kənarlaşdırması, tovuzluların sinirlərini gərdi. Hesabda öndə olması və rəqibdə xaos yaşanması Vasili Berezutskinin kollektivinin əl-qolunu açmışdı. Fəqət bu, ilk hissənin sonuna qədər belə davam etdi. Matçın 45+2-ci dəqiqəsində ikinci “sarı”sını alan “bayquşlar”ın kapitanı Pavol Şarfanko komandasını azlıqda qoydu.

Rəqibin azlıqdan qaldığını görən meydan sahibləri ikinci hissənin başlarından etibarən irəli atıldı. Bu dəfə bəxt Tovuz təmsilçisinin üzünə gülmüşdü. Ardıcıl 56-cı dəqiqədə Ayxan Hüseynov, 57-ci dəqiqədə Joarlem Batistanın qolları oyunun axarını 180 dərəcə dəyişdi. Hesabda önə keçən “Turan Tovuz” bu hesabı qoruyub saxlamaq üçün daha çox “vaxt öldürür” və topa nəzarət etməyə çalışırdı. Azlıqda qalmasına baxmayaraq Berezutskinin kollektivi rəqibi çaş-baş salaraq, bir neçə qol epizodları yaratmağa müvəffəq oldu. Lakin dəqiqlik çatmadı.

Son qalibiyyətini fevralın 23-ü “Şamaxı” üzərində əldə edən “Turan Tovuz” tilsimi qıra bildi. “Bozqurdlar” bu qələbə sayəsində “Sabah”dan 11 xal uzaqlaşaraq, 4-cü pillədəki yerini qorudu. “Sabah”ın avrokuboklara getməsi üçün isə ən ideal yol sadəcə kubok görünür.

Mirkamal Kazım

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 13 Aprel 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see205

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see151

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see148

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see148

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see147

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see146

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see143

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see143

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see141

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see141

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see140

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see140

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see140

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see139

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see139

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see138

Gənc yaşda dodaq dolğusunun fəsadları barədə XƏBƏRDARLIQ

29 Sentyabr 2026 14:06see137

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see133

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see132

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri