Icma.az
close
up
RU
Neft qiymətinin hər 10 dollarlıq dəyişkənliyi Azərbaycan büdcəsinə milyardlarla manat təsir göstərir ŞƏRH

Neft qiymətinin hər 10 dollarlıq dəyişkənliyi Azərbaycan büdcəsinə milyardlarla manat təsir göstərir ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 4 noyabr, AZƏRTAC

Dünya bazarlarında neft qiymətlərinin dəyişməsi birbaşa ölkənin tədiyyə balansına, valyuta gəlirlərinə və milli gəlirlərinə təsir göstərir. Maliyyə Nazirliyinin hesablamasına görə, neftin ortalama qiymətinin 10 dollar artmasının ümumi icmal gəlirlərimizə 2,2 milyard manat müsbət təsiri, 10 dollar orta neft qiymətinin aşağı olmasının isə Azərbaycana 2,1 milyard mənfi zərəri var.

Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli məlumat verib.

O qeyd edib ki, bunun təxminən 1,8 milyard manatı Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gəlirləri ilə, 400 milyon manatı isə birbaşa büdcənin gəlirləri ilə bağlıdır.

“Təbii ki, arzuolunandır ki, neft qiymətləri yüksək olsun və ölkənin milli sərvəti daha baha qiymətə satılsın. Neft qiymətləri nə qədər yüksək olarsa, ölkəmiz üçün bir o qədər yaxşı hal hesab olunur. Amma dünya bazarında şərtlər var və indiki qiymətlər də təqribən 65 dollar səviyyəsindədir ki, bu da yaxşı qiymət hesab olunur. Baxmayaraq ki, bu rəqəm ötən ilki və 2023-cü ilin qiymətlərindən azdır. Proqnozlara görə, gələn il bu qiymətlərin də təqribən 5-10 dollar da aşağı düşəcəyi gözlənilir”,- deyə ekspert bildirib.

X.Kərimli vurğulayıb ki, neftdən gələn valyuta vəsaitləri artdıqca ARDNF-ya vəsait toplanır və bu vəsaitlərin müəyyən qədəri hər il büdcəyə transfer olunur: “Məsələn, gələn il büdcəyə ARDNF-dan birbaşa 12,4 milyard manata qədər vəsait cəlb olunacaq. Neft qiymətləri aşağı düşdükcə isə fonddan məxaric olunan pullarla mədaxil olunan pullar arasındakı fərq artır və bu fondun büdcəsinə zərər təsir edərək onun azalması ilə nəticələnə bilər. Ancaq bu il ARDNF-nin gəlirləri artıb və bunun da əsas səbəbi qızıl ehtiyatlarının artmasıdır. Həmçinin digər valyutaların dollara görə bahalaşması və fondun digər valyutalardakı investisiyalarının dəyərinin artması da gəlirlərə müsbət təsir edib”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:28
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see194

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see191

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see181

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see179

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see174

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see158

Pozulan nikahlar və gizli qalan səbəblər

03 Noyabr 2025 10:41see147

Monqol əti Bakıda buna görə ucuz imiş SƏBƏB BİLİNDİ

03 Noyabr 2025 11:14see137

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see137

Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb

03 Noyabr 2025 02:03see134

Turan Tovuz da oynamış futbolçu bu ölkədə klubunu dəyişdi FOTO

03 Noyabr 2025 12:35see131

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see131

İstanbulda Qəzza üzrə zirvə görüşü başlayıb

03 Noyabr 2025 16:39see129

Avropa bütün sursatımızı alıb, aparsın Vuçiç

03 Noyabr 2025 01:44see126

Müharibədə daha bir idmançı öldü

03 Noyabr 2025 06:28see125

Sumqayıt sakinlərinin yol dərdi: Vətəndaşların problemi nə vaxt həll ediləcək?

03 Noyabr 2025 02:00see124

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see124

Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 balıqçı xilas olundu Video

03 Noyabr 2025 16:38see124

Toral Bayramov əli Kriştiano Ronaldonun çiynində Foto

03 Noyabr 2025 08:32see123

İsraildən Türkiyə etirafı: Toz halına saldılar

03 Noyabr 2025 10:47see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri