Neft yenidən ucuzlaşır Tariflərin artırılması bazarlarda qorxu yaradıb
Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Neft qiymətlərində yenidən enmə müşahidə edilir.
Sfera.az xəbər verir ki, fevralın 20-də 77 dollar olan “Brent” neftinin qiyməti bu gün 72,7 dollara geriləyib.
Qısa müddətdə “Brent” neftinin qiyməti 4,3 dollar, yəni 5,6 faiz enib. 2025-ci ilin yanvarın 15 ilə müqayisədə isə neftin qiyməti 10 dollar azalıb.
Neftin yeniən ucuzlaşması ABŞ və Almaniyadan gələn mənfi xəbərlər, həmçinin Donald Trampın tariflərlə bağlı siyasətini davam etdirəcəyinə dair mesajlarıdır. Beynəlxalq birjalarda Trampın tarif siyasətini davam etdirməsinin ticarət müharibəsinə gətirib çıxaracağı ilə bağlı narahatlıqlar yaradır.
Neftin ucuzlaşmasına Nigeriyanın neft hasilatını artırması və İraqın Kərkük neft yataqlarının bərpası üçün BP şirkəti ilə yekun saziş imzalaması xəbərləri də kömək edib.
Vasif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 26 Fevral 2025 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















