Neftçi 4 futbolçu ilə yolları ayırmaq istəyir İdman və Biz
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qış fasiləsinin ən fəal klublarından biri "Neftçi" olacaq.
İdman.biz Offsideplus.az-a istinadən xəbər verir ki, rəhbərlik hazırkı nəticələrdən narazıdır.
Flaqman Misli Premyer Liqasında 18 matçda 17 xal toplayıb. Komanda turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.
Samir Abasov vəziyyəti düzəltmək üçün indidən işə başlayıb. Mütəxəssis 4 futbolçu ilə yolların ayrılmasını istəyib. Söhbət Azər Əliyev, Mark Tamaş, Kilian Lebon və Dembo Darbodan gedir. Baş məşqçi qışda onların göndərilməsini istəyir.
Azər Əliyev əsas heyətdə şans qazana bilmir. Millimizin üzvünün tez-tez zədələnməsi də Abasovun onu gözdən çıxarmasına səbəb olub.
Mark Tamaş da əsas heyət üzvü olmamasından narazıdır. Onunla Asiya klubları yaxından maraqlanır. Rumıniyalı futbolçu da Azərbaycanda qalmaq istəmir.
Dembo Darbonun xroniki zədəsi var. Samir Abasov onun komandadan göndərilməsini istəyir. Çünki tez-tez zədələnməsi komandanın ümumi performansına təsir edir.
Samir Abasov Kilian Lebonun tam performansını sərgiləmədiyini düşünür. Futbolçunun komandaya faydası çox aşağıdır. Bu səbəbdən məşqçi qışda onunla da yolların ayrılmasını istəyir.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 25 Dekabr 2024 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















