“Neftçi”nin sabiq fransalısı: “Azərbaycan millisi bu oyuna görə fəxr edə bilər”
sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Neftçi" və "Qəbələ"nin sabiq futbolçusu Baqali Dabo Sport24.az-a açıqlama verib. Fransalı keçmiş hücumçu ötən gün DÇ-2026-nın seçmə mərhələsində keçirilmiş Fransa - Azərbaycan matçı haqqında fikirlərini bölüşüb.
Dabo qarşılaşmanı izlədiyini söyləyib:
"Oyun elə də asan olmadı. Azərbaycan millisi çox qol şansı da əldə edə bilmədi. Amma komandanız meydanda yaxşı mübarizə apardı. Bu, xüsusilə də dünyanın ən yaxşı millilərindən birinə qarşı görüşdə baş verdi. Bunun üçün fəxr edə bilərlər".
Qeyd edək ki, Fransa - Azərbaycan oyunu meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Neftçi”nin sabiq legioneri: Azərbaycan millisi Fransa ilə oyunda sürpriz edə bilər
01 Aprel 2025 17:30
Baqali Dabo: “Azərbaycan millisi bu oyuna görə fəxr edə bilər”
11 Oktyabr 2025 15:33
“Neftçi”nin sabiq futbolçusu Xankəndidə
26 Noyabr 2024 18:02
“Neftçi”nin “qrossmeysterləri”
09 Yanvar 2025 10:30
“Neftçi”nin baş məşqçisi: “Komandamla fəxr edirəm”
04 Mart 2025 00:57

