Icma.az
close
up
RU
“Nəsimiiiii, qayıttt...” Niyə imkan vermirsiniz insanlar təyinatı üzrə yaşasınlar və ölsünlər?

“Nəsimiiiii, qayıttt...” Niyə imkan vermirsiniz insanlar təyinatı üzrə yaşasınlar və ölsünlər?

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Kulis.az Nadir Yalçının yeni yazısını təqdim edir.

Bir zamanların populyar televiziya siması Nəsimi Nəbizadə indi də populyardır. Amma necə? Yadıma bir şey düşdü.

Mərhum şair dostumuz Həsən Kür intihara cəhd edərkən onun adını Feysbukun axtarış yerinə yazanda isminin altında türkcə bu sözlər yazılmışdı: “Şimdi popüler”.
Nəsimi Nəbizadə də indi populyardır. Telejurnalist kimi yox, aludə, qaçaq sözləri ilə asossiasiya olunan anlayışlarla populyar. Nə etməli? Əlim qələm tutandan yaşdaşlarının, həmkarlarının onun haqqında giley-güzarını eşitmişəm. Qarşısını almaqsa, görünür, mümkün olmayıb.

Narkotik aslılığı Nəsiminin səsini, təravətini, zehnini öləziləşdirsə də, indi daha deyinməyin mənası yoxdur. Təbii, heç kim sığortalanmayıb. Amma, ən azı, "kaş belə olmazdı" - demək haqqımız var. Bu belə.
Son illər pis vərdişlərdən xilas olmaqla bağlı adını tez-tez eşitdiyimiz reabilitasiya mərkəzləri barədə gəzən söz-söhbətləri eşidəndə bir anlıq düşünürəm: əgər, həqiqətən, kimsə sağalıb cəmiyyətə qayıda bilirsə, çox yaxşı. Belə adamlar da var. Amma yox, bu işlərin arxasında başqa şeylər dayanırsa, onda qorxmaq lazımdır.

Bəziləri həmin mərkəzlərdə xüsusi işgəncələrdən danışır, bəhrə verməyən proseslərdən söhbət açır, bəziləri isə sözügedən yerlərin rəhbərlərinin narkotik aludəçisi olduğu deyirlər. Hər halda, şübhə varsa, gərək o mərkəzlərə nəzarət sistemi yaradılsın və insanların təhlükəsizliyinə zəmanət verilsin.

Yaxud həmin mərkəzlərdəki prosedurlara tibbi nəzarətin də zəruri olmadığını heç kim inkar edə bilməz.
Əsas sual: hüquq-mühafizə orqanlarının oradakı sistemdən xəbəri varmı? Nəzarət olunmurmu?
Digər düşündürücü məqam: həmin mərkəzlərin tibbi şəhadətnaməsi varmı? Səhiyyə ilə bağlı aidiyyəti qurumların tibbi gedişata nəzarəti təmin oluna bilərmi?
Yaxud dövlət tabeliyindəki realibitasiya mərkəzlərinin sayını artırıb, infrasturukturunu yüksək səviyyədə təmin edib bu kortəbii və peşəkarlıq səviyyəsi məlum olmayan mərkəzləri bağlamaqmı lazımdı? Bilmirəm... Bilirsiniz, niyə konkret söz demək mümkün deyil? Çünki əməl gözəldi, icraat müəmmalı.

Hansısa pis vərdişi olan şəxsi yenidən həyata qaytarmaq yaxşıdı, amma necə və niyə? Bu sualların cavabını kim dürüst verə bilərsə, bu işlə məşğulluğuna bir söz demək olmaz...
Nəsimi Nəbizadənin qayıtmadığı “Qurtuluş” Reabilitasiya Mərkəzinin Tiktok, reklam, canlı yayım, “ekranı tıklayın” canfəşanlığını da normal qəbul etmək lazımdır. Kim eləmir? Hamı bu dəqiqə marketinq xətrinə nə desən edir. Sadəcə adama pis təsir edən Nəsiminin, Ceyhun Əsgərovun bu reklamda bir obraza çevrilməyidir.
Nəsimi Nəbizadənin və “Qurtuluş”un addımlarını gündəmə xəbərə çevirmək... Nə qədər fikirləşirsən, bir yerə çıxa bilmirsən.

Birincisi, Nəsimi Nəbizadənin onsuz da korlanan reputasiyasını bir az da baltalamaq ayıbdır. Bu adamı dilə-dişə salıb “qaçdı”, “itdi” sözləri ilə daha biabır edib yeri gəldi-gəlmədi paylaşmağa, “Nəsimiiiii, qayıttt” çağırışları ilə car çəkməyə qətiyyən ehtiyac yoxdur.
İkincisi, niyə imkan vermirsiniz ki, insanlar təyinatı üzrə yaşasınlar və ölsünlər?

Süni şəkildə insanların həyatını yönləndirmək istəyi, yumşaq desək, ədəbsizlikdi. Sosial şəbəkələrə girmək mümkün deyil.

Allahın verən günü yığışıb gedirlər Nəsiminin qapısına. Alik Əlioğlu yaxşı yazmışdı: “Deyir, indi Nəsimi Nəbizadənin qardaşının evinin qarşısındayıq. Ekranı tıklayın. Mən ayıq başnan o adamların yanında 1 saat qala bilməzdim. Nəsimi, bacardığın qədər uzağa qaç”.
Azərbaycanda tanımadığımız nə qədər adam bu illətdən əziyyət çəkir. Əksəriyyətinin yaxın ətrafı həmin şəxsin mübarizəsinə kömək edir. Sonda yorulub dayananlar da olur. Nəsimi Nəbizadəyə də köməklik olub.
Əl-qərəz, imkan verin, sakit yaşayaq. Kim istifadə edir, kim etmir, əlavə dərdi-sərdi.
Həyatımıza adı olmayan problemləri əlavə etməyin.

Hamının ölümsüz olduğu yerdə necə ölmək olar? - Alov İnanna Mikki Rurkdan yardım kampaniyasına reaksiya: “Bu, utancvericidir” "ChatGPT"dən yeni rekord
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:47
embedMənbə:https://kulis.az
archiveBu xəbər 12 Yanvar 2026 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri