Icma.az
close
up
RU
Netanyahudan gündəmi silkələyən açıqlama Bakıda şok yaşanır

Netanyahudan gündəmi silkələyən açıqlama Bakıda şok yaşanır

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

İsrailin Baş naziri Benyamin Netanyahu Osmanlı İmperiyası tərəfindən XX əsrin əvvəllərində törədildiyi iddia olunan qondarma “erməni soyqırımı”nı tanıdığını bəyan edib. O, Patrik Bet-Davidin podkastında “Niyə İsrail “erməni soyqırımı”nı tanımır” sualına “məncə, tanıyıblar. Düşünürəm ki, Knesset bununla bağlı qətnamə qəbul edib” cavabını verib. Lakin indiyədək bununla bağlı heç bir qanun qəbul edilməyib. İsrailin heç bir baş nazirinin “soyqırımı” tanımamasına dair sual verildikdə isə Netanyahu “Mən bunu indi etdim” deyib.

Türkiyə XİN-in məsələyə münasibəti gecikməyib. Qurum Netanyahunun qondarma soyqırımı bəyanatını rədd edib.

Netanyahunun saxta “erməni soyqırımı”nı tanıdığını deməsi diplomatik tərslikdən və qarşı tərəfi qıcıqlandırmaqdan başqa bir şey deyil. O, bir çox hallarda olduğu kimi, bu dəfə də siyasi məqsədlər üçün tarixi hadisəni manipulyasiya edib. Onun “bunu indi etdim” deməsi, əslində, dövlətin rəsmi qərarı yox, şəxsi bəyanatıdır. Bu bəyanat nə İsrail parlamenti (Knesset), nə də hökumət səviyyəsində qəbul edilən qərara əsaslanır. Lakin Netanyahunun baş nazir olması bu sözlərin beynəlxalq rezonans doğurmasına kifayət edir.

MİT və “Mossad” bir arada

Qəribə səslənsə də, İsrail uzun illər “erməni soyqırımı” məsələsinə ehtiyatla yanaşıb. Bu bir çox hallarda məsələ Azərbaycanla əlaqəli görünsə də, əslində, Türkiyə ilə münasibətləri balansda saxlamaq üçündür. Hər nə qədər Ankara və Təl-Əviv arasında uzun illərdir gərginlik yaşansa da, strateji əməkdaşlıq tamamilə kəsilməyib. Enerji, ticarət və təhlükəsizlik sahəsində əməkdaşlıq daim aktiv qalıb. Məsələn, Türkiyənin Ceyhan bölgəsindən İsrailə enerji nəqli davam edir. Eləcə də MİT və “Mossad”ın Suriyada Əsədə qarşı ortaq hərəkət etməsi də ciddi müzakirə səbəbidir. Məhz bu və digər səbəblərdən İsrail uzun müddət “soyqırımı” məsələsində açıq mövqe sərgiləməkdən çəkinib.

Netanyahunun bu qırmızı xətti keçməsi Türkiyə ilə gərginliklə əlaqəlidir. Aydın məsələdir ki, İsrail-Türkiyə münasibətlərində son aylarda artan gərginlik var. Bu gərginliyin əsas səbəblərindən biri Qəzza məsələsidir. 2023-cü ilin sonlarından etibarən İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar Türkiyə tərəfindən sərt tənqid olunub. Prezident Rəcəb Tayyib Ərdoğan Netanyahunu açıq şəkildə “terrorçu” adlandırıb və İsraili insanlığa qarşı cinayətlərdə ittiham edib. Bu sərt ritorika Təl-Əvivdə ciddi narahatlıq doğurub və qarşılıqlı diplomatik münasibətlər bir daha zəifləyib.

Böhranın əsas səbəbi

Yuxarıda qeyd etdiyim kimi, MİT və “Mossad”ın Suriyada Əsədin devrilməsində ortaq hərəkət etməsinə dair ciddi iddialar var. Bu, gerçək olsa belə, Əsəddən sonra Suriyada tərəflərin maraqları kəsişməyə başladı. Düzdür, tərəflər birbaşa toqquşmasalar da, müxtəlif maraqlar üzərində ayrı qütblərdə yerləşiblər. Türkiyə daha çox Ankaraya yaxın, mərkəzləşmiş güclü bir Suriya istəsə də, İsrail üçün güclü və mərkəzləşmiş bir Suriya özü də Türkiyə ilə birlikdə potensial təhdiddir. Amma əsas məsələ, şübhəsiz, Qəzza və fələstinlilərin vəziyyətidir.

Həmçinin oxuyun:

İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verdi – VİDEO

Bütün hallarda Netanyahunun bu açıqlaması onsuz da gərgin olan Ankara–Təl-Əviv münasibətlərini daha da pisləşdirə bilər. Bu proses, şübhəsiz, ən çox Bakını narahat edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bildirib ki, hazırda Türkiyə ilə İsrail arasında münasibətlər hər zaman olduğundan daha gərgindir.

Azərbaycan üçün çətin vəziyyət

Netanyahunun açıqlaması Azərbaycan üçün çətin vəziyyət yarada bilər. Bakı İsraillə sıx hərbi-texniki əməkdaşlıq edir, müdafiə sənayesi və kəşfiyyat sahəsində tərəfdaşlıq var. Amma Ermənistanla bağlı bu cür həssas məsələ üzrə İsrailin belə bir bəyanatla çıxış etməsi, Azərbaycan ictimaiyyətində və dövlət səviyyəsində narahatlıq doğura bilər. Hərçənd ki, rəsmi Bakı hələlik bu bəyanata reaksiya verməyib, lakin bu, münasibətlərdə müəyyən diplomatik ehtiyatlılıq yaradacaq.

Azərbaycanın xarici siyasəti balans üzərində qurulub. Netanyahunun açıqlaması isə bu tarazlığı poza biləcək risklərdən biridir. Əgər bu, rəsmi dövlət qərarına çevrilərsə və Knesset də soyqırımı tanıyan sənəd qəbul edərsə, Bakı ilə Təl-Əviv arasında münasibətlər korlana bilər.

Prosesə türk ölkələri daxil olur

Netanyahunun açıqlaması tarixi hadisələri siyasi alətə çevirməkdir və belə yanaşma bölgədəki sabitliyi təhlükə altına ata bilər. Türkiyə ilə İsrail arasındakı gərginlik daha da dərinləşə, İsrailin digər türk respublikaları ilə münasibətlərində də soyuqluq yarana bilər.

İstisna deyil ki, rəsmi Bakı proseslərin həm daha da gərginləşməsinə, həm də İsrail–Azərbaycan münasibətlərinə zərər verəcək həddə gəlməsinə izin verməyəcək. Prezidentin də dediyi kimi: “Biz normallaşma üçün imkan yarandığını görəndə yardımçı olmağa çalışırıq”. Yenə ölkə başçısının dediyi kimi: “Əgər edilməsə, ola bilsin ki, biz sadəcə olaraq ümumi dil tapmağa yardım etmək üçün çox da ictimailəşdirilməyən diplomatik səylər göstərməyə çalışarıq”. Yəni Bakı ictimaiyyətə açıqlanmayan pərdəarxası danışıqları intensivləşdirəcək.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Avqust 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri