Netanyahunun Şarm əl Şeyxə gəlişini Ərdoğan əngəlləyib? Avropa mediası nələr yazır...
Icma.az xəbər verir, Sitat.info saytına əsaslanaraq.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahunun Misirdə yüksək səviyyəli zirvə toplantısında iştirakını qəbul etməyəcəyini açıq şəkildə ifadə edərək, Ankaranın İsrail liderinin görüşdə iştirakının qarşısını almaq üçün planlar qurduğunu bildirib.
Sitat.info Associated Press agentliyinə istinadən xəbər verir ki, Ərdoğanın hakim partiyasının sözçüsü Ömər Çelikin açıqlamaları, Türkiyənin Qəzzada atəşkəsə dəstək məqsədi ilə Şarm əl-Şeyxdə bazar ertəsi keçirilən sammitdə Netanyahunun iştirakına mane olmaq üçün aktiv şəkildə çalışdığına dair ilk ictimai təsdiqdir.
HƏMAS ilə əlaqələri olan Türkiyə hökumətinin rəhbəri Ərdoğan, ABŞ prezidenti Donald Tramp, Misir və Qətər liderləri ilə birlikdə dördtərəfli bəyannaməni imzalayanlardan biri idi.
Netanyahunun ofisi buna şərh verməkdən imtina etdi.
Netanyahu əvvəlcə sammitə qatılmaq üçün son dəqiqə dəvətini qəbul etsə də, sonradan onun ofisi yəhudi bayramı ilə əlaqədar iştirak etməyəcəyini açıqlayıb.
Bazar ertəsi məsələni müzakirə etmək üçün adının çəkilməsini istəməyən bir türk hökumət rəsmisi Associated Press-ə bildirib ki, Netanyahunun Qəzzada hərbi hərəkətlərini kəskin tənqid edən Ərdoğan onun iştirakının qarşısını almaq üçün diplomatik səylərə başlayıb. Rəsmi bildirib ki, Türkiyənin təşəbbüsü bir neçə başqa ölkədən dəstək qazanıb və nəticədə Netanyahunun geri çəkilməsinə gətirib çıxarıb.
Nigar,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 14 Oktyabr 2025 21:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















