Icma.az
close
up
RU
Netanyahuya ən düzgün cavabı Ermənistanın Baş naziri Nikol Paşinyan verib Politoloq

Netanyahuya ən düzgün cavabı Ermənistanın Baş naziri Nikol Paşinyan verib Politoloq

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

İsrailin baş naziri Benyamin Netanyahu ilk dəfə olaraq Osmanlı imperiyası tərəfindən XX əsrin əvvəllərində törədildiyi iddia olunan qondarma “erməni soyqırımı”nı tanıdığını bəyan edib.

Redaktor.az-a açıqlama verən politoloq Natiq Miri bildirdi ki, bir siyasətçiyə, xüsusən də dövlət başçısına belə davranış yaraşmaz.

"Çünki bu açıqlama nifrət və qəzəbdən qaynaqlanır. Halbuki siyasətçilər hisslərini idarə etməyi bacarmalıdır.vKnesset qondarma “erməni soyqırımı” məsələsini müzakirə predmetinə çevirsə də, bu istiqamətdə heç bir konkret qətnamə qəbul etməyib, soyqırımı təsdiq edən siyasi qərar verməyib. Təbii ki, bu kontekstdə indiyədək heç bir İsrail baş naziri də rəsmi olaraq qondarma soyqırımı tanıdığını bəyan etməyib. Bu faktın özü göstərir ki, Netanyahunun açıqlaması öfkə və nifrətdən doğan, hüquqi, legitim əsası olmayan bir fikirdir. Bu, nə İsrail xalqının, nə də yəhudilərin mövqeyini əks etdirir".

Onun fikrincə, Netanyahuya ən düzgün cavabı Ermənistanın Baş naziri Nikol Paşinyan verib:

"O açıq şəkildə bildirib ki, bu cür qərarlar Ermənistana bəladan başqa heç nə gətirməyib. İndiyədək onlarla dövlət qondarma soyqırımı siyasi qərar kimi tanıyıb, amma bunun Ermənistana hansı faydası olub? Bu sualın cavabını ermənilər özləri düşünməlidir. Əslində bu məsələni geosiyasi alətə çevirən qlobal və regional güc mərkəzləri, həmçinin maliyyə, siyasi dairələrdir. Onlar bundan qardaş Türkiyəyə təzyiq vasitəsi kimi istifadə ediblər. Bundan əlavə, xüsusilə erməni kilsəsi, xaricdəki erməni lobbisi və Daşnaksütun bu mövzunu ideologiyaya və mübarizə predmetinə çevirərək milyardlarla vəsait qazanıblar. Yəni erməni xalqının hissləri üzərindən “kapital sənayesi” yaradılıb.

Paşinyanın özü də bu gün bunu etiraf edir. Deməli, əgər Ermənistanın dövlət başçısı belə bir açıqlamanın ölkəsinə fayda yox, zərər gətirdiyini bildirirsə, Netanyahunun bəyanatı da “katolik papasından daha çox katolik olma” iddiasından başqa bir şey deyil".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Avqust 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri