Zelenski: Kiyevdə dron zərbəsindən sonra 14 nəfərlə əlaqə kəsilib
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya ordusunun Kiyev vilayətinin Dımer qəsəbəsində beşmərtəbəli yaşayış binasına endirdiyi dron zərbəsindən sonra 14 nəfərlə əlaqə kəsilib, onların dağıntılar altında qaldığı ehtimal olunur.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, hadisə yerində axtarış-xilasetmə işləri davam edir, 9 nəfər təxliyə olunub və yanğın söndürülüb. Bundan başqa, Zaporojyedə yaşayış binalarına aviabomba zərbəsi nəticəsində bir uşaq yaralanıb.
V.Zelenski bu həftə Ukraynanın 20 regionuna təxminən 2 700 dron, 1 460-a yaxın aviabomba və 165 raket atıldığını bildirib. O qeyd edib ki, zərbələrdə istifadə olunan ballistik raketlər arasında Şimali Koreya istehsalı olan raketlər də var.
Dövlət başçısı PURL proqramı çərçivəsində tərəfdaşlar tərəfindən pulu ödənilmiş "Patriot" raketlərinin Ukraynaya verilməsinə ABŞ-nin icazə verməsinin vacibliyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 22 Noyabr 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















