Icma.az
close
up
RU
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının forumunda iştirak edəcək

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının forumunda iştirak edəcək

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) BMT-nin Sivilizasiyalar Alyansının təşkil etdiyi 10-cu Qlobal Forumuna tərəfdaşlıq edir.

Mərkəzdən "Report"a verilən məlumata görə, noyabrın 25-27-də Portuqaliyanın Kaşkai şəhərində keçiriləcək tədbirdə NGBM-nin həmsədrləri - Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Frayberqanın və Dünya Bankının vitse-prezidenti Dr. İsmail Serageldinin rəhbərliyi ilə qurumun 20-dən çox üzvü iştirak edəcək.

Toplantıda iştirakçılar arasında Bolqarıstanın sabiq Prezidenti Rozen Plevneliyev, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Latviyanın sabiq Prezidentləri Valdis Zatlers və Egils Levits, Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç, Şimali Makedoniya Respublikasının sabiq Prezidenti George İvanov, Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç, Bosniya və Herseqovinanın BMT-də daimi nümayəndəsi və sabiq Baş naziri Zlatko Laqumdziya, Belçikanın sabiq Baş naziri İv Leterm, Seneqalın sabiq Baş naziri Aminata Ture, Yunanıstanın sabiq Baş naziri Corc Papandreu var.

Bundan başqa, Avstriyanın sabiq federal xarici işlər naziri və Avropa Komissarı Benita Ferrrero-Valdner, Monteneqronun sabiq müdafiə naziri Miliça Peyanoviç-Durisiç, Gürcüstanın sabiq Baş nazirinin müavini Eka Tkeşelaşvili, Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Əmr Musa, BMT Baş Assambleyasının 73-cü Prezidenti Mariya Fernanda Espinosa və 75-ci Prezidenti Volkan Bozkır, YUNESKO-nun xoşməramlı səfiri Hedva Ser, NGBM-nın Baş katibi Rövşən Muradov, NGBM-nin Strateji və Dayanıqlı İnkişaf Layihələri üzrə koordinatoru Rza Əliyev yer alıblar.

Mərkəz üzvləri səfər çərçivəsində ötən günlərdə keçirilmiş COP29-un nəticələrini və qarşıdan gələn 12-ci Qlobal Bakı Forumuna hazırlığı müzakirə edəcəklər.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://report.az
archiveBu xəbər 25 Noyabr 2024 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri