Icma.az
close
up
RU
Nizamnamə kapitalı 10 manat olan şirkətə milyardlıq layihələr NECƏ VERİLİR? SMTS MMC ilə bağlı İLGİNC FAKTLAR

Nizamnamə kapitalı 10 manat olan şirkətə milyardlıq layihələr NECƏ VERİLİR? SMTS MMC ilə bağlı İLGİNC FAKTLAR

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ağdam şəhəri 4 nömrəli yaşayış massivi, 5 və 6-cı məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisini aparacaq şirkətin adı açıqlanıb.

Hürriyyet.az xəbər verir ki, 36.536.755,81 manat dəyərindəki layihəni “SMTS” MMC reallaşdıracaq.

Tikinti üzrə işlərin 2026-ci ilin iyun ayının 30-na qədər sonlandırılması nəzərdə tutulur.

Qeyd edək ki, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin elan etdiyi tenderin ilkin qiyməti 42.881.950,42 AZN olub.

Onu da bilidrək ki, “SMTS” MMC “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Ağdam şəhəri 4 nömrəli yaşayış massivi, 1 və 2-ci məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin də qalibi olub. Bu layihədə işlərin dəyəri 36.586.240,32 AZN-dir. İşlərin növəti ilin iyununa qədər tamamlanması nəzərdə tutulur.

İl başlayandan “SMTS” MMC ümumilikdə üç böyük tenderin qalibi olub. Belə ki, Əmlak Məsələləri Dövlət Xidmətinin 33 mərtəbəli inzibati binasında quraşdırılan avadanlıqlara, texniki infrastruktura 2025-ci il ərzində servis xidməti və təmir işlərinin satın alınması üzrə müsabiqənin qalibi də bu şirkətdir. Sifarışin qiyməti 4.305.773,71 AZN-dir.

Xatırladaq ki, 2024-cü ildə eyni servis xidmətini şirkət Dövlət Xidmətinə 3.777.997,33 manata icra edib.

Eləcə də “AzİnTeleCom” MMC ilə hökumət buludu layihəsi çərçivəsində tikinti işləri üçün hazırlıq işlərinin satın alınması üzrə keçirilən müsabiqəyə görə, şirkət 6 milyon 348 min 960 manatlıq müqavilə bağlayıb.

“SMTS” MMC 2013-cü ildə “Əmlak Məsələləri Dövlət Komitəsi”nin 33 mərtəbəli İnzibati Binasının (Property Tower) inşaası ilə bağlı elan etdiyi tenderin də qalibi olub.

MMC 2007-ci ildə qeydiyyatdan keçib. Qanunu təmsilçisi Ağalar Allahyarovdur. Dövlət Vergi Xidmətinin kommersiya qurumunun dövlət reyestrinə daxil edilən məlumatlarında 2025-cü ilin fevral ayının 17-nə qədər şirkətin nizamnamə kapitalının 10 manat olduğu göstərilib. 2025-ci ilin mart ayının 3-dən isə MMC-nin nizamnanı kapitalı 612435 manat təşkil edib.

“SMTS” MMC Cənubi Qafqazın ən hündür göydələni hesab edilən 50 mərtəbəli “Baku Tower” İş mərkəzini, Qalaaltı Otel&SPA İstirahət və Müalicə Kompleksini, Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsi binasının tikintisini icra edib. (Teleqraf)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 May 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri