Icma.az
close
up
RU
Növbədə universitetlərdir: “Əli əsərək mühazirə deyən 80 yaşlı müəllimin dövrü bitir”

Növbədə universitetlərdir: “Əli əsərək mühazirə deyən 80 yaşlı müəllimin dövrü bitir”

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illər ölkədə təhsil sistemində, xüsusilə də orta məktəblərdə bir sıra problemlər davamlı olaraq müzakirə obyektinə çevrilir. 

Bu sahədə mövcud problemlərin olduğu və həllinin vacibliyi vurğulanır. Bu günlərdə elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, gələcək kifayət qədər sərt, rəqabətli illər olacaq, qeyri-müəyyənliklər olacaq: 

“Ali təhsil müəssisələri bu istiqamətdə rəqabətə hazır olmalıdırlar”. Nazir vurğulayıb ki, inkişafın əsas təməli rəqabətdir və ali təhsil müəssisələri dünyada rəqabət aparırlar: “Azərbaycanın təhsil sistemi qapalı deyil. 

Digər vacib məqam əməkdaşlıqdır. Xüsusilə elm və təhsildə əməkdaşlıq olmalıdır. Başqa bir mühüm məsələ ondan ibarətdir ki, heç bir ali təhsil müəssisəsi özü-özlüyündə inkişaf edə bilməz”. 

Təhsilə dövlətin dəstəyinin böyük olduğunu vurğulayan nazir özəl sektorun da bu əməkdaşlığa cəlb edilməsinin zəruriliyini bildirib. O, ali təhsil müəssisələrinin əməkdaşlığa açıq olduğunu diqqətə çatdırıb. 

Məlumdur ki, hazırda ali təhsil ocaqlarının əksəriyyətində çoxsaylı problemlər var. Universitetlər rəqabətə davam gətirə biləcəkmi? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Rizvan Fikrətoğlu “Cebheinfo.az”-a bildirib ki, bu gün təhsili təkmilləşdirmək, optimallaşdırmaq üçün hələ ilkin pillələrdən başlamaq lazımdır: 

“İnkişaf etmiş ölkələrdə adi bağcalarda işləmək üçün müəllimin minimum magistr dərəcəsi var. Çünki təməl yaxşı qurulmalıdır. Bizdə əvvəllər xadiməni, heç attestatı olmayanı bağçaya tərbiyəçi kimi işə götürürdülər. Yaxud kolleclər 1 il 6 ay təhsil verirdi və məzunlar ibtidai sinif müəllimi olurdular. 

Halbuki ibtidai sinif nəzəriyyəsi tamamilə böyükdür. Şükür ki, artıq kolleclərə bu istiqamətdə qəbul yoxdur. İndi isə növbəti etap universitetlərlə bağlıdır. Bu il universitetlər üçün rəqabətli il olacaq. 

Çünki TKTA universitetlərin keyfiyyətini yoxlayıb. Standartlara cavab verməyən universitetlərdə müəyyən ixtisaslar ləğv edilib və universitetlər bağlana, lisenziyası ləğv oluna, müddətli lisenziya verilə bilər. Ən əsası odur ki, universitetlər müasir əmək bazarının tələbinə uyğunlaşmalıdır. Məsələn, universitetin müasir laboratoriyası, şəraiti, müasir dərsliyi varmı? 

Yaxud həmin dərsliyin tələbinə cavab verən, elmi dərəcəsi olan, beyxəlxalq aləmə çıxışı olam müəllimi varmı? Bu gün artıq əlləri əsərək mühazirə deyən 80 yaşlı müəllimlərin dövrü deyil. Çünki həmin mühazirələr 60-cı illərin mühazirələridir. 

Universitetlərimizin reytinqlərdə çox aşağı olmasının səbəbi odur ki, bizdə keyfiyyət problemi var. Bizdə alim bir əsər təqdim etməklə bu adı qazanır. Ancaq fakt odur ki, elm yenilənir. Universitetin professor heyəti buna cavab verə bilirmi? Universitet standartlara cavab vermirsə niyə saxlanmalıdır? 

Əsas problemlərdən biri də oradakı müəllimlərin işə qəbul prosesidir. Universitetlərdə müəllimlərin işə qəbulu pərakəndə və özbaşınadır. Bu gün magistr dərəcən varsa, müəllim kimi çalışmaq üçün problem yoxdur. Saat hesabı dərlə bağlı universitet xeyli az pul xərcləyir. 

Burada nə müəllimin haqqı yeyilməməlidir, nə də ki, müəllimin əməyi qiymətini itirməməlidir. Yəni həm müəllimə normal əmək haqqı verilməlidir, həm də o ada layiq şəxs universitetdə dərs keçməlidir”. 

Ekspertin fikrincə, istər infrastruktur, istər kadr potensialı daha müasir tələblərə cavab verməlidir: 

“Praktikası olmayan müəllim universitetdə yaxşı müəllim ola bilməz. Məsələn, inşaat mühəndisi yetişdirən müəllim nəzəriyyəçidir, bu sahədə işləməyib. Yaxud müəllim jurnalistikada dərs deyir, heç vaxt jurnalist kimi fəaliyyət göstərməyibsə, bir efir aparıcılığı olmayıbsa, necə bu sahədə dərs keçə bilərəm? İstehsalat təcrübəsi olmayan şəxsin universitetdə müəllim olması çox çətindir. 

Yaxud maşın, silah mühəndisi kimi sahələrdə də bu belədir. Dövr nəzəriyyə dövrü deyil. Nəzəriyyə vacibdir, əsasdır, ancaq tam şəkildə əhatə etmir. İnkişaf etmiş ölkələrin universitetlərində müəllimlərin işə qəbulu zamanı konkret olaraq müllimin layihəsinə, işinə, həmin sahə üzrə nə yeniliyik etdiyinə baxırlar. 

Ancaq bizdə “filan müəllim dərssiz qalıb, ona dərs verin” prinsipi ilə işləyirlər. Ona görə də elm və təhsil naziri Emin Əmrullayev doğru fikir bildirib ki, bu il universtetlər üçün rəqabətli olacaq. Xaricdə elə müəllimlər var ki, onu bir günlük seminara dəvət etmək üçün universitet büdcədən xeyli vəsait sərf etməli olur. 

Vaxtilə bizdə Lütvi-Zadə olub və bu gün onun davamçısı olan Rafiq Əliyev var. Ancaq söhbət ümumi sistemdən gedir. Bu gün universitetlərdə keyfiyyətli müəllim və ixtisasa uyğun praktika problemi var. Yəni 2 gün nəzəriyyə, 3 gün praktika olmalıdır. 

Yaxşı müəllim arxasınca ona görə qaçmırlar ki, ona vəsait ayırmaq istəmirlər. Onsuz da universitetlərdə ödənişsiz tələbə anlayışı yoxdur. Dövlət universitetlərində də bu vəsaiti dövlət ödəyir. Ümumiyyətlə, bizim universitetlərdə “qəbul olubsa, mütləq diplom almalıdır” kimi prinsipin tətbiq olunur. Əksini tətbiq etmək zaman alacaq”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

 

Açar sözlər: müəllim dərs Rizvan Fikrətoğlu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Yanvar 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri