Noyer Bayern in seriyasının qırılmasında günahını etiraf etdi
Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Bayern Münhen"in qapıçısı Manuel Noyer "Union Berlin"lə 2:2 hesablı heç-heçə etdikləri görüşlə bağlı fikirlərini bildirib.
Fanat.Az xəbər verir ki, təcrübəli qolkiper xal itkisində günahının olduğunu etiraf edib.
"Goal" Noyerin dediklərini belə çatdırıb:
"Birinci qolla səhv qərar verdim. İkinci qolda isə ümumiyyətlə sayıqlığı itirdik. Bu rəqibə qarşı çətin idi, xüsusən də çərşənbə günü ÇL matçından sonra. Amma inanırıq ki, tezliklə qalibiyyət yoluna qayıdacağıq. Ümumilikdə, yaxşı həftəsonu oldu: bir xal yığdıq, rəqiblərimiz isə bunu etmədi. İndi biz altı xal irəlidəyik".
Qeyd edək ki, "Bayern" bu mövsüm ilk dəfə qələbə qazana bilməyib. Buna qədər Münhen komandası bütün yarışlarda keçirdiyi 16 oyunun hamısında qalib gəlmişdi.
Mirağa
Baxış sayı:97
Bu xəbər 09 Noyabr 2025 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















