Icma.az
close
up
RU
Nüfuzlu regional aktor

Nüfuzlu regional aktor

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Mansur Quliyev,

YAP Ağdam rayon təşkilatının sədri  

İlk öncə qeyd etmək lazımdır ki, bu gün Azərbaycanın COP 29-a ev sahibliyi etməsi ölkəmizin dünyanın ictimai-siyasi arenasında artan nüfuzundan və nüfuzlu regional aktor olmasından xəbər verir.

Azərbaycanın beynəlxalq təşkilatların fəal üzvü olması ölkəmizi nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevirmişdir. Azərbaycan beynəlxalq aləmdə etibarlı və strateji tərəfdaş kimi tanınmışdır. Ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərə evsahibliyi etməsi bu inamın göstəricisidir.

Noyabrın 12-də Bakı şəhərində keçirilən COP29 Liderlər Sammitinin açılış mərasimində Prezident İlham Əliyevin çıxışı bir sıra mühüm məqamları əhatə edirdi.

Dövlət Başçısı çıxışı zamanı bildirdi ki, "Ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildi. Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük. Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik. Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik."

Dövlət başçısı çıxışında, həmçinin Azərbaycanın yaşıl enerji layihələrinə və bu istiqamətdə gələcək planlarına geniş yer ayırıb. Ölkə, külək və günəş enerjisi kimi bərpa olunan mənbələrdən istifadə etməklə, regionda enerji təhlükəsizliyinin təminatçısı olmağı hədəfləyir. Bu, Azərbaycanın davamlı inkişaf məqsədlərinə verdiyi önəmi göstərir və dünya üzrə bərpa olunan enerji sahəsindəki səylərə dəstək olur​​​​. İqlim dəyişikliyi ilə mübarizənin yalnız bir dövlətin səyi ilə deyil, beynəlxalq əməkdaşlıq çərçivəsində həll edilə biləcəyini vurğulayan Azərbaycan Prezidenti, bu cür sammitlərin, ölkələr arasında fikir mübadiləsi aparmağa və təcrübə mübadiləsinə şərait yaratmağa xidmət etdiyini bildirib​​.

Azərbaycan müstəqil bir dövlət olaraq beynəlxalq hüququn qayda və prinsiplərinə sadiqdir. Eyni zamanda ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Noyabr 2024 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see461

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see306

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see241

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see226

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see218

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see217

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see211

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see203

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see194

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see193

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see190

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see174

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see173

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see172

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see171

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see170

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see164

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see162

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri