Nüvə spekulyasiyasını qurtar: Biz İsanı gözləyirik Kirill Putinə təpinib?
Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Həddən artıq panika - həyəcan təbili çalmaq və nüvə mövzusunda davam edən spekulyasiya insanlara mənfi təsir göstərir.
Publika.az RBC-ya istinadən xəbər verir ki, bunu Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill deyib.
Onun sözlərinə görə, bəşər övladının düşməni insanların qəlbinə çaşqınlıq və narahatlıq səpməyə çalışır:
"Bu, onların iradəsini iflic etmək və onları cəsarətdən məhrum etmək üçün edilir, çünki mənəvi rahatlıqdan məhrum olan insanı manipulyasiya etmək daha asandır".
Rus Pravoslav Kilsəsinin rəhbəri qeyd edib ki, bununla oynamağa ehtiyac yoxdur. "Xristianlar dünyanın sonu deyilən şeydən qorxmurlar", - patriarx deyib.
O, bunları söyləyib: “Biz böyük izzətlə gələcək, şəri yox edəcək və bütün millətləri mühakimə edəcək Rəbb İsanı gözləyirik”.
Xatırladaq ki, nüvə məsələsini Rusiya prezidenti Vladimir Putin gündəmə gətirib. Rusiyanın nüvə doktrinasını yeniləməklə. Məhz bundan sonra mütəmadi olaraq rusiyalı siayasətçilər bütün dünyanı nüvə zərbəsi ilə hədələyirlər. Bu xatırlatmadan belə çıxır ki, Kirill yuxarıda qeyd olunan fikirləri səsləndirərkən Putini nəzərdə tutub?
Adəm Abbaslı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 28 Noyabr 2024 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















