“Nyukasl” daha bir oyunçusunu itirdi
Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
Gözlənildiyi kimi, Bruno Gimaraynş İngiltərədə iş yerini dəyişib.
"Football-plus.az" xəbər verir ki, “Arsenal” “Nyukasl”ın yarımmüdafiəçisinin transferini rəsmiləşdirib. London klubu 28 yaşlı futbolçunun keçidini açıqlayıb. Tərəflərin bir neçə gün əvvəl 75 milyon funt sterlinqə (87,75 milyon avro) razılaşdığı bildirilmişdi. Braziliyalı futbolçu yeni klubu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalayıb.
Gimaraynş 2025/26 mövsümündə premyer-liqada keçirdiyi 29 oyunda 9 qol vurub və 5 məhsuldar ötürmə edib. Çempionlar Liqasında isə 7 matçda meydana çıxıb.
Xattırladaq ki, “Nyukasl” bundan əvvəl Entoni Qordon və Sandro Tonalini də satıb. Qordon “Barselona”ya 80 milyon avroya, Tonali isə “Tottenhem”ə 108 milyon avroya keçib.
Baxış sayı:123
Bu xəbər 14 Avqust 2026 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















