Icma.az
close
up
RU
O da VAR, bu da VAR

O da VAR, bu da VAR

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan futbolunda hakimlikdən narazılıqlar son həddə çatıb. Özü də hələ mövsümün qızğın çağına qədəm qoymamışıq, həlledici qarşılaşmalar başlamayıb.

Nə zaman ki mükafatçıların sırası müəyyənləşməyə başlayacaq, uğursuzluqla üzləşənlər avrokuboklara vəsiqədən məhrum olacaqlar, onda ağız deyəni qulaq heç eşitməyəcək. Hakim səhvləri həm də bir qrup işbaza, üzərinə düşənin öhdəsindən gələ bilməyən məşqçilərə bəhanə vermiş olacaq. Belələri hakimlərin bilərəkdən və yaxud da bilməyərəkdən buraxdığı səhvlərin arxasına sığınacaq, uğursuzluqlarını bu səhvlərlə ört-basdır etməyə başlayacaqlar. Bu məqama yazımın davamında da toxunacam.
“Zirə” ilə oyundan sonra “Neftçi” tərəfinin eitrazları qulaq batırırdı. Paytaxt təmsilçisi hələ “Sabah”la qarşılaşmadakı hakim idarəçiliyindən narazı qalmışdı. Etiraza da səbəb “Sabah”ın qapısına penaltinin təyin olunmaması idi. Həmin qarşılaşmada meydandakı söz sahibi İnqilab Məmmədova VAR-da oturan Kamal Umudlu ilə Vüsal Məmmədov yardımçı olmalı, ədalətin qorunmasına kömək göstərməyə çalışmalıydılar. VAR-da oturanlar İnqilab Məmmədovu da monitora baxmağa çağırdılar və mübahisəli epizodda “Sabah”ın qapısına penalti təyin olunmadı. 7-ci turun “Zirə” – “Neftçi” qarşılaşmasında isə Kamal Umudlu özü baş hakim kimi söz sahibi idi. Ona VAR otağında Rəşad Əhmədov kömək göstərməliydi.
Göstərdilər, özü də necə. Oyunun son saniyələrində “Neftçi”nin qapısına təyin olunan penalti Samir Abasovla ona qahmar çıxanların çörəyinə əməlli-başlı yağ sürtdü. VAR görüntülərindən nəyin baş verdiyini anlamaq, hakimlərin nəyə əsasən penalti təyin etdiyini başa düşmək mümkün olmadı.
2:2 hesabıyla bitən oyunun nəticəsi qaldı bir yanda. Hamı həmin penaltini müzakirə etməyə başladı. Beləcə “Neftçi”nin də uğursuz oyunu gündəmdən düşdü. Belə bir görüntü yaradıldı ki, “Neftçi” dirçəlməyə, qələbə qazanmağa başladığını anda hakimlər dövriyyəyə girir, onun qələbəsini əngəlləyirlər. Amma bu məntiq “Araz Naxçıvan”la oyunda tərsinə işləməli oldu. Çünki “Neftçi” doğma meydanda keçirilən qarşılaşmada hesabı açan tərəf olsa da, məğlub duruma düşmüşdü.
İkinci hissə başlayan kimi VAR-ın işləmədiyi barədə məlumat gəldi. Sonra da gah VAR-ın işlədiyini dedilər, gah da işləmədiyini. Əsl həngamə də bundan sonra baş verdi. 55-ci dəqiqədə Emin Mahmudovun başına toxunan top tora qovuşdu və dərhal da baş hakim Fərid Hacıyev oyundankənar vəziyyətə işarə verdi.
Qəribədi ki, “işləməyən” VAR hakimin qulağına nəsə pıçıldadı, Hacıyev də bir müddət VAR-da oturan Nicat İsmayıllı ilə müzakirə apardı. Məlum oldu ki, Emin Mahmudov topa başla toxunanda oyundankənar vəziyyətdə deyilmiş. Qalan 40 dəqiqəyə yaxın müddət ərzində VAR-ı sazlamaq, ofsayd xətti çəkib şübhələrə son qoymaq mümkün olmadı. Necə ki, “Zirə” ilə oyundakı penaltinin nə üçün təyin olunmasıyla bağlı normal görüntü görə bilməmişdik, “Neftçi”nin “Araz Naxçıvan”ın qapısına vurduğu ikinci qol zamanı da ofsaydın olub-olmaması hər kəsə qaranlıq qaldı.
Gözlənildiyi kimi, Samir bəy də “Araz Naxçıvan”la oyundan sonra VAR-ı yada salmayıb. Çünki bu dəfə VAR-ın varlığı ilə yoxluğunun bilinməməsi onun komandasının xeyrinə olub. Hər şey bir yana, hakimlərimiz də, onlara rəhbərlik edənlər də yaxşı-yaxşı düşünməlidilər. Narazılıqlar arta-arta gedir. “Qəbələ”nin də ortaya qoyduğu görüntülər Azərbaycanda VAR-ın hakimlərin özlərinə sərf edən şəkildə işlədiyini göstərir. Gəl indi inanma ki, kimlərsə hakimlərə sifariş verir.
Meydandakı hakimin hansısa səhvinə bəhanə tapmaq olar, deyərsən ki, insandı. Amma VAR monitorunun arxasında oturanın, epizodları incələmək imkanı olanın bəraəti yoxdu. Odu ki, ədalətli və ciddi olmağın zamanı çatıb. Özünüzü və VAR-ınızı gülünc vəziyyətə salmayın.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Oktyabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see385

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see302

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see284

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see264

Aqrar inkişafın yeni mərhələsi və ADAU nun tarixi missiyası

21 Avqust 2026 23:22see248

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see242

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see235

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see203

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see192

Ankarada mədəndə uçqun: yaralı sayı artdı

21 Avqust 2026 23:24see184

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see180

Günün fotosu: “Yabanı giləmeyvələr”in qara və yoğun tüstüsü

22 Avqust 2026 01:05see171

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

22 Avqust 2026 12:28see168

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see168

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see166

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see165

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see164

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see163

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see161

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri