“O, geri qayıdacaq”
Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Portuqaliya millisinin və PSJ-nin yarımmüdafiəçisi Vitinya ölkəsinin əsas komandasında baş verən son hadisələr və Kriştiano Ronaldonun aqibəti barədə danışıb.
Futbolpress.az xəbər verir ki, “A Bola” nəşrinə açıqlama verən 26 yaşlı futbolçu yığmanın düşərgəsində emosional baxımdan çətin günlər yaşandıqlarını etiraf edib:
“Bəli, milli komandaların oyunları ilə əlaqədar fasilə kifayət qədər gərgin və emosiyalarla zəngin keçdi. Ümid edirəm ki, hər şey ən yaxşı şəkildə həll olunacaq, o, geri qayıdacaq və vəziyyət düzələcək. Açığı, düşünürəm ki, hamımız bunu istəyirik”.
Sentyabrın 30-da UEFA Millətlər Liqası çərçivəsində Danimarka ilə oyun öncəsi baş məşqçi Xorxe Jezuşla mübahisə yaşayan 41 yaşlı kapitan Kopenhagendəki düşərgəni tərk etmişdi. Norveçlə matçda iştirak etməyən təcrübəli forvard baş məşqçini vaxt bölgüsü ilə bağlı verilən sözləri yerinə yetirməməkdə günahlandırmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 15 Oktyabr 2026 19:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















