“O, hazırda fiziki cəhətdən komanda yoldaşlarına çatmağa çalışır” Rüfət Abdullazadəyə nə olub?
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
Son iki mövsümü “Səbail”də keçirən Rüfət Abdullazadənin “Varajdin”ə transfer olunduğu hər kəsə məlumdu. Rüfət Xorvatiya çempionatında oynayan ikinci azərbaycanlı olacaq.
Maraqlı bir məqam var: Rüfətin “Varajdin”ə transferi ilə bağlı ilk xəbərlər Azərbaycan mediasında iyulun 20-də görünsə də, klub bu transferi iyulun 24-də açıqladı.
Bildiyiniz kimi, həmvətənimizin adı Konfrans Liqasında iştirak üçün ərizəyə də salınmayıb. Bunun səbəbini futbolçunun meneceri Emil Əsədovdan soruşduq:
“Rüfətin transferi rəsmiləşməmiş ictimaiyyətə yayıldı. Dost-tanış bilirdi ki, Xorvatiyaya gedib, onlar yaydı, halbuki yayılmamalıydı. “Santa Klara” ilə oyun üçün iştirak ərizəsinə salınmamasına gəlincə, tez getsəydi belə, hələ ki Rüfət oynamağa hazır deyil. Hazırda ona xüsusi məşq proqramları veriblər, gündə iki dəfə çalışır. O, hazırda fiziki cəhətdən komanda yoldaşlarına çatmağa çalışır. İki-üç həftə vaxt lazımdı ki, Rüfət lazımi formaya düşsün”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 30 İyul 2025 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















