Icma.az
close
up
RU
“O, “Mafiya“ oyunlarını sevir və rus dostları ilə əyləncə məclisləri təşkil edir“ yapon nəşri

“O, “Mafiya“ oyunlarını sevir və rus dostları ilə əyləncə məclisləri təşkil edir“ yapon nəşri

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

"İvanişvilinin 32 yaşlı oğlu  Tokionun elit rayonunda dəyəri 3, 2 milyon dollar olan mənzil alıb..."

Yaponiyanın ən nüfuzlu jurnallarından biri olan "Shukan Bunshun" son vaxtlar Tokioda yaşayan Bidzina İvanişvilinin oğlu Uta ilə maraqlanıb.

Moderator.az xəbər verir ki, bu barədə "newsgeorgia.ge" nəşri yazıb.

Nəşr Bidzina İvanişvilini "Rusiyada sərvət toplayan oliqarx" və "Putinin diktatoru" adlandırır. Nəşr iddia edir ki, Gürcüstanın ən varlı adamının 32 yaşlı oğlu Qərb sanksiyalarını aşmağa yönəlmiş sxemin iştirakçısı ola bilər.

Jurnalistlərin araşdırmasına görə, Uta İvanişvili 2024-cü ilin iyununda Tokionun elit rayonlarından birində 115 kvadrat metrlik mənzil alıb. Mənzilin dəyəri 500 milyon yen (təxminən 3,2 milyon dollar) təşkil edir.

Estoniya Xarici Siyasət İnstitutunun eksperti Sanshiro Hosaka bu alqı-satqını şübhəli hesab edir: "İvanişvilinin oğlu iyunda mənzil alıb. Həmin vaxt Gürcüstanda ciddi iğtişaşlar baş verib. Bundan sonra dekabr ayında ABŞ sanksiyaları tətbiq edilib. Bütün bunlar bu əməliyyatın sanksiyalardan yayınma sxeminin bir hissəsi olmasına şübhə doğurur".

Yeni şirkət və gizli görüş

Jurnal diqqəti ona çəkir ki, atasına qarşı sanksiyalar qüvvəyə mindikdən sonra Uta İvanişvili Gürcüstanda yeni bir şirkəti- "Atu Holding" ASC-ni qeydiyyatdan keçirib. "Transparency International Georgia" təşkilatına görə, bu şirkət vasitəsilə Bidzina İvanişvili aktivlərini offşor bölgələrdən Gürcüstana təcili şəkildə çıxarıb.

"Shukan Bunshun" həmçinin aşkar edib ki, Uta İvanişvili Tokioda Gürcüstanın Yaponiyadakı səfiri Teymuraz Lejava ilə görüşüb. Görüş şəhər restoranlarından birində baş tutub və təxminən bir saat davam edib. Onlar gürcü dilində danışıb.

Jurnal yazır ki, görüşün sonunda səfir Lejava İvanişviliyə böyük qara çanta verib və deyib: "Burada açma. Ümid edirəm, sənə lazım olacaq." Restorandan çəkilmiş fotolarda Uta İvanişvilinin üzü görünmür, ancaq Lejavanın kimliyi aydın seçilir.

Uta İvanişvilinin Tokiodakı həyatı

Nəşrin məlumatına görə, İvanişvilinin oğlu müasir gənclərə xas həyat tərzi keçirir. O, əsasən piyada və ya qatarla hərəkət edir, dəbdəbəli yaşamır, yapon brendlərindən geyinir ("Bathing Ape", "Onitsuka Tiger"). Video oyunlara maraq göstərir, evdə vaxt keçirməyə üstünlük verir, amma bəzən idman zalına və çimərliyə gedir.

Jurnal bildirir ki, Uta sosial şəbəkələrdən aktiv istifadə edir, tanışlıq proqramları ilə dost çevrəsini genişləndirir, Tokiodakı ekspatlar üçün təşkil olunan tədbirlərə qatılır. O, "Mafiya"oyununu sevir və bəzən rus dostları ilə əyləncə məclisləri təşkil edir.

Sanksiyalar və mümkün nəticələr

Fevralın 2-də jurnalistlər İvanişvilidən müsahibə almaq istəyib. Onu Tokiodakı suşi-barlardan birində bir qadınla görüblər. Uta İvanişvili "Atu Holding" haqqında heç nə bilmədiyini, Tokioda bir oyun dizaynı startapında çalışdığını deyib.

ABŞ Maliyyə Nazirliyi 2024-cü ilin dekabrın 27-də Bidzina İvanişvilini sanksiyalar siyahısına daxil edib. "Gürcü Arzusu" partiyasının qurucusu

Xarici Aktivlərə Nəzarət İdarəsinin siyahısına salınıb, ABŞ-da aktivləri dondurulub. Sanksiyalar İvanişvilinin şirkətləri ilə işləməyə mane olmur, lakin "Credit Suisse" bankına qarşı məhkəmə işləri ilə bağlı əməliyyatlar məhdudlaşdırılıb.

ABŞ Dövlət Departamenti sanksiyaların səbəbini "Gürcüstanın demokratik və Avroatlantik gələcəyinin Rusiya maraqları naminə pozulması" ilə izah edib.

"Shukan Bunshun" ehtimal edir ki, Uta İvanişvili də sanksiyalara məruz qala bilər. Jurnal xəbərdarlıq edir ki, sanksiyalardan yayınma sxemi davam edərsə, Yaponiya da bu prosesə istəmədən cəlb oluna bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Fevral 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri