Icma.az
close
up
RU
OBA marketlər şəbəkəsi ilə Keyfiyyət Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

OBA marketlər şəbəkəsi ilə Keyfiyyət Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi "Qida Təhlükəsizliyi Ayı” çərçivəsində "OBA Market” MMC ilə "Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında qarşılıqlı əməkdaşlığı əhatə edən anlaşma memorandumu imzalanıb. Bu sənəd tərəflər arasında beynəlxalq keyfiyyət standartlarının tətbiqi, mövcud idarəetmə proseslərinin sistemləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində uzunmüddətli əməkdaşlıq məqsədi daşıyır.

Memorandum "OBA Market” MMC-nin İdarə Heyətinin sədri Natəvan İbrahimova və Keyfiyyət Assosiasiyasının sədri Samir Novruzlu tərəfindən imzalanıb. İmzalanma mərasimində hər iki qurumun rəhbər heyəti və əməkdaşları iştirak ediblər.

Tərəflər arasında imzalanmış bu mühüm sənəd "OBA Market” MMC-nin fəaliyyət sahələrinə uyğun olaraq beynəlxalq standartların tətbiqi istiqamətində birgə layihələrin hazırlanması və həyata keçirilməsini nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində müxtəlif mövzularda təlimlərin, seminarların və təcrübə mübadiləsi proqramlarının təşkili də planlaşdırılır.

"OBA” marketlər şəbəkəsi artıq 3 ildən çoxdur ki, diskaunt market konsepsiyasından "qonşu market" modelinə keçid edib. Bununla yanaşı, tədarük zəncirinin keyfiyyətli idarə olunması üçün mərkəzi anbar sistemindən başlayaraq istehsalçılarda keyfiyyət standartlarının tətbiqinədək bir sıra mühüm və məzmunlu layihələr həyata keçirilib. İmzalanan memorandum da məhz bu strateji hədəflərin davamıdır.

Sənəd tərəflər arasında yalnız hüquqi əməkdaşlıq çərçivəsini deyil, həm də qarşılıqlı etimad və inkişaf üçün ortaq baxışların formalaşdırılmasını təmin edir. Tərəflər bu memorandum əsasında ekspert və mütəxəssislərin mübadiləsi, birgə işçi qruplarının yaradılması, mətbuat konfranslarının və müxtəlif görüşlərin təşkili istiqamətində fəaliyyətlərini davam etdirməyi planlaşdırırlar. Bu əməkdaşlıq "OBA Market”in keyfiyyətə yönəlik inkişaf strategiyasının bir hissəsi olaraq daha şəffaf, effektiv və müasir idarəetmə modelinin qurulmasına xidmət edəcək.

"Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin nümayəndə heyəti daha sonra Veysəloğlu Şirkətlər Qrupunun mərkəzi ofisində görüş keçirib. Görüş zamanı Şirkətlər Qrupunun rəsmiləri ilə "Qida Təhlükəsizliyi Ayı” çərçivəsində bir sıra istiqamətlər üzrə əməkdaşlığın həyata keçirilməsi ilə bağlı razılıq əldə olunub.

Qeyd edək ki, 2016-cı ildən fəaliyyət göstərən "OBA Market” MMC hazırda 1600-dən çox marketi və 10 000-ə yaxın əməkdaşı ilə vətəndaşlara xidmət göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 May 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri