Oftalmoloq: Multifokal linzalara adaptasiya adətən 1 2 həftə çəkir
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Multifokal linzalara adaptasiya bir gün də, altı ay da davam edə bilər”.
Bakıvaxtı.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazadə yeni nəsil linzalara adaptasiya müddətindən danışıb.
O bildirib ki, pasiyentlərin ən çox verdiyi suallardan biri linzanın orqanizm tərəfindən qəbul edilib-edilməməsi ilə bağlıdır:
“Xəstələr soruşurlar ki, bədənim bu linzanı qəbul edəcək, ya yox. Bu linzaların materialı inertdir. Yəni bədəndə reaksiya yaratmır. Ona görə linzaya öyrəşmə məsələsi bir qədər fərqlidir. Linza elə bir yerə yerləşdirilir ki, orada sinir yoxdur. Buna görə də insan onu hiss etmir”.
İ.Cərullazadənin sözlərinə görə, astiqmatik linzalarda xüsusi adaptasiya tələb olunmasa da, müxtəlif məsafələrdə görməyə imkan verən multifokal linzalarda neyroadaptasiya prosesi baş verir.
“Multifokal linzalarda, yəni bütün məsafələri eynəksiz görməyə imkan verən linzalarda adaptasiya gedir. Buna neyroadaptasiya deyilir. Bu proses bir gün də davam edə bilər, altı ay da. Adətən isə insanlar bir-iki həftəyə tam adaptasiya olurlar”, - həkim bildirib.
Oftalmoloq qeyd edib ki, az sayda insanda multifokal linzaya tam uyğunlaşmamaq ehtimalı da var:
“Şirkətlərin məlumatına görə, insanların təxminən 5 faizə qədəri bu linzalara heç öyrəşməyə bilər. Mənim öz təcrübəmdə də belə bir hal olub. Amma bu, təxminən 10 il əvvəl istifadə olunan, yeni nəsil linzaların ilk modellərindən biri idi. Hazırkı linzalarda mən belə hal ilə rastlaşmamışam. Yenə də 100 faiz adaptasiya olacaq demək olmaz”.
Həkim bildirib ki, multifokal linzaya uyğunlaşma baş vermədiyi halda alternativ də mümkündür. Belə vəziyyətdə linza dəyişdirilərək monofokal, yəni bir məsafəyə görməni təmin edən linza yerləşdirilə bilər. Bu halda isə pasiyentin eynəkdən istifadə etməsi lazım gəlir.
Zeynəb Rzayeva
Baxış sayı:87
Bu xəbər 07 Oktyabr 2026 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















