Icma.az
close
up
RU
Menu

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

Trampın Rusiya siyasəti: ABŞ lideri göyərçindən şahinə çevriləcəkmi? KİV

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans Xəzər regionunda ekspansiya planlarını pozacaq

Rusiya Fransa üçün əsas təhdiddir

Adam söyüş söyür... Elmar Məmmədyarovun bu sözünə sabiq nazir cavab verdi: Yadıma düşmür ki, nə vaxtsa mən onu söyüm, ya da...

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

Dağıstanla sərhəddə sudan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ Azərbaycan üçün də təhlükə

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

Bu universitetin prorektoru vəzifəsindən azad olunub

Naməlum obyekt Saturna çırpılır...

Keçmiş sevgilisini unutmaq üçün dağlara çıxan çinli...

XİN: BMMT nin Baş katibi seçilən Ərgüc Kələntərli əksəriyyətin dəstəyini qazanıb

Əbu Dabi görüşündən sonra Moskva hansı planları qurur? “Hətta bu prosesə start verilib...”

“Eşref” və “Demir” eyni layihədə

Milli Çinə rəqib oldu

ADAU da Heydər Əliyev Fondunun qurduğu suvarma sistemini kim, hara , necə YOX edib?

Daha bir ölkədə azərbaycanlılara basqın: Kimi axtarırlar?

“Oğlumu öldürdülər, nişanına hazırlaşırdıq” Qətlə yetirilən Ümid Soltanovun atası

“Oğlumu öldürdülər, nişanına hazırlaşırdıq” Qətlə yetirilən Ümid Soltanovun atası

Icma.az bildirir, Lent az portalına istinadən.

Bakıda mübahisə etdiyi şəxslərdən birini qətlə yetirməkdə təqsirləndirilən Həsən Kazımovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmir Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin hüquqi varisi və çağırılması nəzərdə tutulan şahidlər ifadə verib .

Dövlət ittihamçısı təqsirləndirilən şəxsə öz suallarını ünvanlayıb.

Təqsirləndirilən şəxs sualları cavablandırarkən  əməlindən peşman olduğunu bildirib: “O gün üstümdə 2 bıçaq var idi. Bıçaqlardan birini yerdən tapmışdım. Qarşı tərəf  8 nəfər idilər və onlar aralarında nalaiq ifadələr işlədirdilər. Konkret olaraq kimisə söydüklərini eşitmədim. Mən bu söyüşlərə qarşı öz iradımı bildirdim və dedim ki, "ayə" bura yaşayış yeridir, ailələr keçir, söyüş söyməyin. Bundan sonra onlar üstümə tökülüşüb məni təklədilər. Yanındakılar bizi  ayırmağa çalışırdı. Onlar məni öldürmək istəyirdilər. Onları yox, məhz onlar məni öldürmək istəyirdilər. Onlar hadisə başlayandan sona kimi məni döydülər və başımdan zərbə almışdım. Mən onların qarşısında əlacsız qalıb bıçağımı çıxardım və  Ümidə 1 dəfə zərbə endirdim. Məqsədim  sadəcə özümü müdafiə etmək idi. Əgər həqiqtən mən Ümidi məqsədli şəkildə  öldürmək istəsəydim, ona  bıçaqla 1-dən çox  zərbə endirərdim. İstəməzdim nə Ümidin, nə də mənim ailəm gözü yaşlı qalsın”.

Təqsirləndirilən şəxs əlavə olaraq qeyd edib: "Mən söyüş söyməyin dediktdən sonra qarşı tərəfdən Adil adlı şəxs qaça-qaça gəlib   yumruqla sifətimdən və başımdan vurdu, huşumu itirdim və dava bu şəkildə başlamışdı. Mən Ümidi vurduğdan sonra onlar arxaya çəkildilər və mən də 32 nömrəli məktəblə üzbəüz məhləyə qaçdım. Tanışımın evinə getdim, sonra dostlarım da o evə gəldi. Mən bilmirdim nə etmişəm, çox həyəcanlı idim. Dostlarıma dedim ki bəs belə bir iş törətdim.Onlar Ümidi öldürdüyümü görmədiklərini və onlar bu əməlimə görə mənə irad bildirdilər. Sonra mən Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə təslim olmağa getdim".

Zərərçəkənin hüquqi varisi Soltanov Hikmət ifadəsində bildirib ki, Ümidin zərərli \işlərlə məşğul olmayıb: "O ğlum Azərbaycan Memarlıq  və İnşaat Universitetinin  1-ci kurs tələbəsi idi.  Dərslərini  yaxşı oxuyurdu, savadlı oğlan idi. Oğlumun xəyalları, arzuları var idi. Onun kənddə pis əməli olmayab. Amma  Həsən kimi pis şagirdən qurtulduğları üçün müəllimləri əlini göyə açıb şükür edir. Anam şəkər xəstəliyi tapıb, mənim də psixologiyam pozulub. Axı oğlumun nişanı olacaqdı. Mən  indi oğlumun qəbrinə baxıb ağlamağla təsəlli tapıram".

Zərərçəkənin hüquqi varisi onu da qeyd edib ki, hər kəsin dava edir, hər kəsin sözü çəp gəlir. Onda gərək hər dalaşan əlinə bıçaq alsın?  
Şikəst edərdin, gözünü qaraldardın, bıçağla ayağına vurardın, döyərdin. Sən bıçaq gəzdirmisən özünlə, sən qatil böyümüsən".

Zərərçəkən İsmayılov Adil ifadəsində bildirib ki, hadisə zamanı 8 nəfər olmayıblar: "Biz 6 nəfər olmuşuq.Toğrul ilə zarafatlaşan zaman yüksək səslə pis sözlər demişik. Mən içkili idim. Məqsədim vurmaq olmayıb".

Növbəti proses iyulun 16-na təyin olunub.

Qeyd edək ki, hadisə 16 noyabr 2024-cü il noyabrın 16-da saat 22 radələrində Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 1 ünvanında qeydə alınıb.

Həsən Kazımov ərazidə yerləşən kafeya daxil olmaq istəyərkən orada dayanıb öz aralarında nalayiq ifadələr işlətməklə yüksək səslə danışan Ümid Soltanov, Adil İsmayılov və digərlərinə öz iradını bildirib. Bu zaman Adil İsmayılov və Ümid Soltanovla mübahisə edərək əlbəyaxa olublar. Mübahisə zamanı Həsən Kazımov üzərindəki ov bıçağı ilə Ümid Soltanovun qarın nahiyəsindən zərbə endirib. Aldığı xəsarətdən kəskin qan itirdiyindən Ümid Soltanov dünyasını dəyişib.

Həsən Kazımov məhkəmədə ona elan edilmiş ittihama görə özünü qismən təqsirli bilərək baş verən hadisəni 8 nəfərin onun üzərinə gəlməsinə görə törətdiyini deyib. 
Təqsirləndirilənin vəkili isə öz növbəsində müvəkkilinin ittiham olunduğu maddələrin düzgün tövsif olunmadığını bildirib.

Xatırladaq ki, baş verən hadisə ilə bağlı Həsən Kazımov şübhəli şəxs qismində saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) ilə yanaşı, 221.3 və 228.4  maddələri ilə ittiham olunub.

Fidan Fərmanlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:42
embedMənbə:https://lent.az
archiveBu xəbər 09 İyul 2025 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

12 İyul 2025 00:04see206

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

12 İyul 2025 13:18see174

Trampın Rusiya siyasəti: ABŞ lideri göyərçindən şahinə çevriləcəkmi? KİV

11 İyul 2025 16:15see168

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

11 İyul 2025 21:36see141

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans Xəzər regionunda ekspansiya planlarını pozacaq

12 İyul 2025 00:41see134

Rusiya Fransa üçün əsas təhdiddir

11 İyul 2025 16:49see130

Adam söyüş söyür... Elmar Məmmədyarovun bu sözünə sabiq nazir cavab verdi: Yadıma düşmür ki, nə vaxtsa mən onu söyüm, ya da...

11 İyul 2025 16:13see130

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

12 İyul 2025 05:55see127

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

12 İyul 2025 05:12see127

Dağıstanla sərhəddə sudan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ Azərbaycan üçün də təhlükə

11 İyul 2025 17:49see125

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

12 İyul 2025 16:20see122

Bu universitetin prorektoru vəzifəsindən azad olunub

11 İyul 2025 16:32see119

Naməlum obyekt Saturna çırpılır...

12 İyul 2025 21:16see116

Keçmiş sevgilisini unutmaq üçün dağlara çıxan çinli...

12 İyul 2025 22:14see115

XİN: BMMT nin Baş katibi seçilən Ərgüc Kələntərli əksəriyyətin dəstəyini qazanıb

11 İyul 2025 16:33see114

Əbu Dabi görüşündən sonra Moskva hansı planları qurur? “Hətta bu prosesə start verilib...”

11 İyul 2025 21:50see113

“Eşref” və “Demir” eyni layihədə

12 İyul 2025 01:16see112

Milli Çinə rəqib oldu

13 İyul 2025 01:24see112

ADAU da Heydər Əliyev Fondunun qurduğu suvarma sistemini kim, hara , necə YOX edib?

11 İyul 2025 17:15see112

Daha bir ölkədə azərbaycanlılara basqın: Kimi axtarırlar?

13 İyul 2025 01:19see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri