Icma.az
close
up
RU
Oğuzda Aqrar Biznes Festivalı və Toxum yarmarkası keçirilib

Oğuzda Aqrar Biznes Festivalı və Toxum yarmarkası keçirilib

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin, Aqrar Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə Oğuzda növbəti Aqrar Biznes Festivalı və Toxum sərgi-satış yarmarkası keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, tədbirin əsas məqsədi fermerlərin sertifikatlı və rayonlaşdırılmış toxumlarla təmin olunması, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması və regionlarda dayanıqlı kənd təsərrüfatının inkişafına dəstək verməkdir.

Yarmarkada Şəki-Zaqatala iqtisadi rayonunu əhatə edən Oğuz, Balakən, Qax, Qəbələ, Şəki, Zaqatala rayonlarından toxumçular və bu sahədə fəaliyyət göstərən özəl şirkətlər iştirak ediblər. Yarmarkada əkin materialı kimi sertifikatlı toxumdan istifadənin üstünlükləri, yerli şəraitə və torpaq xüsusiyyətlərinə uyğun toxum seçimi, məhsuldarlığın artırılmasında aqrotexniki qulluğun rolu barədə fermerlərə məlumat verilib.

Toxum sərgi-satış yarmarkası çərçivəsində "Azərbaycanda toxumçuluğun dayanıqlı inkişafı: çağırışlar, innovasiyalar və həllər" mövzusunda panel müzakirə keçirilib. Müzakirələrdə ölkədə toxumçuluğun inkişaf perspektivləri, mövcud çağırışlar, innovativ yanaşmalar və müasir həll mexanizmləri barədə fikir mübadiləsi aparılıb. Paneldə yüksək məhsuldar toxum sortlarının yaradılması və düzgün istifadəsi, toxumların səpin keyfiyyətinin təyin edilməsi, toxumçuluqda yeni innovativ texnologiyaların tətbiqi, özəl toxumçuluğun inkişaf perspektivləri və toxum subsidiyalarının verilməsində dövlət dəstəyi barədə məlumatlar iştirakçılarla bölüşülüb.

Tədbirdə toxumçuluq fəaliyyəti ilə məşğul olan istehsalçılarla yanaşı, aqrar sahədə öz xidmət və məhsullarını təklif edən dövlət qurumları və şirkətlər iştirak ediblər.

Qeyd edək ki, Oğuz rayonunda keçirilən toxum sərgi-satış yarmarkası bu istiqamətdə təşkil olunan sayca ikinci tədbirdir. Bu il 10-dan artıq bölgədə toxum sərgi-satış yarmarkasının təşkili nəzərdə tutulur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 17 Sentyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri