Icma.az
close
up
RU
Qobustanda Aqrar Biznes Festivalı və toxum yarmarkası keçirilib

Qobustanda Aqrar Biznes Festivalı və toxum yarmarkası keçirilib

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qobustan rayonunda Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Rayon İcra Hakimiyyəti və Aqrar Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Festival fermerlərin keyfiyyətli toxum materialları ilə təmin edilməsinə, bölgədə kənd təsərrüfatı istehsalının səmərəliliyinin artırılmasına və aqrar sahədə davamlı inkişafın təşviqinə xidmət edir.

Yarmarkada Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən toxum istehsalçıları, eləcə də dövlət qurumları və özəl şirkətlərin nümayəndələri iştirak ediblər. Yarmarka çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılan vahid stenddə ölkənin müxtəlif bölgələri üçün sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxum nümunələri nümayiş etdirilib, mütəxəssislər tərəfindən fermerlərin diqqətinə torpaq və iqlim xüsusiyyətlərinə uyğun toxumların seçilməsinin əhəmiyyəti çatdırılıb.

Bildirilib ki, bu bölgə üzrə "Lider", "Ləyaqətli-80", "Yubiley-90", "Gaudio", "Maurizio", "Lucilla" yumşaq buğda sortları, eləcə də "İdra", "Dəyanətli" və "Finola" arpa sortlarının istifadəsi məqsədəuyğundur. Qeyd olunub ki, bu toxumlar yüksək məhsuldarlıq potensialı ilə yanaşı, bölgənin aqroiqlim şəraitinə uyğunlaşma qabiliyyəti ilə seçilir və bu da fermerlərin daha sabit və qənaətbəxş nəticələr əldə etməsinə imkan yaradır.

Fermerlərə müxtəlif kənd təsərrüfatı bitkilərinin sertifikatlı toxumları təqdim olunmaqla yanaşı, əkin üçün düzgün sort seçiminin məhsuldarlığa təsiri, aqrotexniki qulluq qaydaları və torpaq-iqlim xüsusiyyətlərinə uyğun toxum istifadəsi barədə ətraflı məlumat verilib.

Həmçinin, festival çərçivəsində fermerlərə "Dənli bitkilərin əkin qabağı mühafizəsi qaydaları" mövzusunda təlim keçilib. Təlim zamanı düzgün toxum hazırlığı və əkindən öncə profilaktik tədbirlərin görülməsi və məhsul itkisinin əhəmiyyətli dərəcədə təsiri barədə məlumat verilib.

Tədbir iştirakçıları sərgi stendlərinə baxış keçirərək təqdim olunan toxum sortları və müxtəlif aqrar məhsullarla tanış olublar. Fermerlərə dövlət dəstəyi, subsidiyalar, yeni əkinçilik texnologiyaları barədə geniş məlumat verilib.

Qeyd edək ki, Qobustanda təşkil olunan bu yarmarka ölkənin müxtəlif bölgələrində keçirilən toxum sərgi-satış tədbirlərinin davamıdır və cari ildə 10-dan artıq rayonda belə tədbirin reallaşdırılması planlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 22 Sentyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri