Olimpiya təhsili və təhlükəsiz idman sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 13 yanvar, AZƏRTAC
Milli Olimpiya Komitəsində İngiltərənin Hertfordshire Universitetinin professoru Mayk Kallan, qlobal tərəfdaşlıq və xaricdə təhsil üzrə direktoru Con Drayverllə görüş olub.
MOK-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Cüdo Federasiyası və Milli Olimpiya Komitəsi arasında Olimpiya təhsili və təhlükəsiz idman sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.
Həmçinin idmançıların performans analizinin təkmilləşdirilməsi üçün süni intellekt texnologiyalarının tətbiq imkanları və bu istiqamətdə gələcək addımlar nəzərdən keçirilib.
Tərəflər, həmçinin “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına hazırlıq çərçivəsində mövcud prioritetləri müzakirə edərək, innovativ yanaşmaların və təhsil təşəbbüslərinin idmançıların inkişafında əhəmiyyətini vurğulayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 13 Yanvar 2025 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















